nöqtəbənöqtə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
nöqtəbənöqtə
zərf [ər. nöqtə və fars. ...bə...] Tamamilə, olduğu kimi, eynən, heç bir kəlmə buraxmadan, kəlməsi-kəlməsinə, sözbəsöz, bütün təfərrüatı ilə. Nöqtəbənöqtə danışmaq. Nöqtəbənöqtə yazıb vermək. – Yazılsa nöqtəbənöqtə, deyilsə hərfbəhərf; Qurtarmaz həşrə qədər halü-macərası gülün. X.Natəvan. [Bəy:] O da bizə məlumdur ki, mərhumun adı bu saat qubernatorun hüzurunda nöqtəbənöqtə yazılıbdır. Mir Cəlal.