turklehceleri.org

təmsil

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

təmsil

is. [ər.]
1. Bənzətmə, oxşatma, təşbeh. • Təmsil etmək – birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək, onun adından danışmaq; birinin mənafeyini, fikrini, görüşünü və s.-ni ifadə etmək. Xalqın mənafeyini təmsil etmək. – Bosforda lövbər atıb dayanmış iki gəmi; Hərəsi təmsil edir bir yurdu, bir aləmi. N.Rəfibəyli.
2. ədəb. Adamları və onların əməllərini eyhamlı şəkildə təsvir edən, əksərən mənzum, nəsihətamiz qısa ədəbi əsər. Zakirin təmsilləri. “Ağacların bəhsi” təmsili. Krılovun təmsilləri. // köhn. Tamaşa, pyes, səhnə üçün yazılmış əsər (bu mənada əsasən toplu – “təmsilat” şəklində işlənmişdir). Biz qurban bayramı münasibətilə gərək teatr hazırlayaq, götürürük Mirzə Fətəli Axundzadənin təmsilatı ki ibarət olsun, “Sarab xanının vəziri” komediyasından. S.Rəhman.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

təmsil

I. bənzətmə, oxşatma, təşbih
{benzetme, timsal, teşbih}

II. göstərmə
{gösterme}

III. tamaşa, oyun
{gösteri, oyun}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

təmsil

temsil


Axir izdelgen sözler: