təcili
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
təcili
zərf [ər.]
1. Tələsik, tez, dərhal, əlüstü, çapıq. Təcili cavab. Adamlar təcili hazır oldular. – [Kərəm] Qaragözə təcili çay hazırlatdı.. M.İbrahimov. Bahadurun .. təcili gedişi Rənanın ürəyində dərin bir kədər doğurdu. S.Rəhman.
2. Gecikdirilə bilməyən, tez edilməli olan; təxirsiz, təxirəsalınmaz. Təcili iş. Təcili tapşırıq. – Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlandıqdan sonra qalıb təcili məktubları, teleqramları qəbul edərdi. Ə.Haqverdiyev. Uşaq ki bu qədər həyəcanlı çığırırdı, deməli, təcili məsələ vardı. B.Bayramov. ‣ Təcili yardım – 1) təxirə salınması mümkün olmayan hallarda xəstələnənlərə, zərərdidələrə ilk tibbi yardım göstərmək və müalicə müəssisələrinə aparıb çatdırmaqla məşğul olan tibb-sanitar idarəsi; 2) həmin iş üçün istifadə olunan avtomobil.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
tə’cili
təlesik, sür‘ətli, tez, yeyin
{acele, süratli, tez, hızlı}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
təcili
acele, acil, ivedi, müstacel