taygözlü
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
taygözlü
(=taygöz)
1. bax. birgözlü 1-ci mənada. [Xan] qəbul otağına keçəndə taygöz yasavulbaşını qapıda gördü. M.Rzaquluzadə.
2. sif. Bir gözünün şüşəsi olmayan və ya sınıq olan (eynək, binokl və s. haqqında). Sarxan əlindəki taygözlü durbini yanına salıb, uzandığı səngərdə dizi üstə qalxdı. M.Hüseyn. Zülfüqar deyinə-deyinə taygöz çeşməyi burnunun üstünə qoyub, sədrin yanına qaçdı. B.Bayramov.