turklehceleri.org

Səndəl

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

səndəl

I. is. [ər.]
1. bot. Oduncağı efir yağı ilə zəngin olan ətirli, həmişəyaşıl tropik ağac. Aşığın sən dəlisi; Gözəllər sən dəlisi; Sevdiyim, zülflərindən; Gəlir səndəl iyisi. Sarı Aşıq. Nizami məzardaşını döyərək Xaqanini səslədi, gözündən bir damcı yaş düşərək qəbir daşının dalında yandırılan səndəlin üstünə düşdü. M.S.Ordubadi. // Bu ağacdan qayrılmış. Məst edər aləmi ənbərin budan; Hər gələndə səndəl darağa zülfün. M.P.Vaqif.
2. Bu ağacın oduncağından, habelə bəzi başqa ağaclardan alınan boya.

II. is. Dal söykənəcəyi olan qoltuqlu stul. [Mərcan bəy] yıxılır səndəlin üstə, ürəyi bitab olan tək olur. Ü.Hacıbəyov. Səndəllərin hamısına yumşaq və məxmər balışlar olduqca müntəzəm bir surətdə qoyulmuşdu. M.S.Ordubadi. [Mirzə Həsən atasına:] Kitab da yazmışam, hazırdır. Miz, səndəl hazır olunca onu çap etdirərəm. P.Makulu.

III. is. [yun.] Qədim yunanların və romalıların geydikləri dabansız, yüngül ayaqqabı. // Üzü bağla bağlanan dabansız, yüngül yay ayaqqabısı. Uşağa səndəl almaq. – [Aslan] çəkmə mağazasına girdi, axırıncı pulunu verib, bir cüt yüngül səndəl aldı. S.Vəliyev.


Axir izdelgen sözler: