tapmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
tapmaq
f.
1. Axtarış, aramaq nəticəsində meydana çıxarmaq, üzə çıxarmaq, əldə etmək. Axtardığı kitabı tapmaq. – Gəzib güclə bir qapı tapa bildim. S.Rəhman. Əlində zərf gəzib tapır ünvanı; Qaynayıb, başına vurur al qanı. M.Rahim. // Eyni mənada adam haqqında. [Sultan bəy:] Axır gəlib səni tapdım, maralım, maralım, dilbilməz! Ü.Hacıbəyov. [Mərcan:] Tapmısan, tut ətəyindən, bərk tut; Başqa dilbərləri artıq sən unut! A.Şaiq. // İtirdiyi və ya bir yerdə unutduğu şeyi təzədən əldə etmək, özünə qaytarmaq. İtirdiyi pulu tapmaq. Açarı stolun yeşiyindən tapmaq. // Eyni mənada itkin düşmüş və ya yeri məlum olmayan adam haqqında. Oğlunu tapmaq. – ..Millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular. C.Məmmədquluzadə. [Qəndab:] Məzahiri tapıb salamat olduğunu bildim. B.Bayramov. // Əldə etmək, ələ keçirmək. [Səlim qızı:] Biz bu kənddə iki nəfər kimsəsiz... yavan çörək, onu da güclə tapırıq.. C.Cabbarlı. [Fərhad] sağ cibini qurdaladı. Bir loğma quru qara çörək tapdı. Ə.Vəliyev. // Xüsusi tədqiqat, araşdırma, axtarış nəticəsində aşkara çıxarmaq, açmaq, kəşf etmək. Qazdan kauçuk almaq üsulunu tapmaq. Yeni neft yataqları tapmaq. – ..Bəzi naxoşların qanında bakteri və mikrob adlı xırda heyvanat və ələfiyyət tapdılar ki, onlar çirkab və qeyri natəmiz yerlərdə nəşvü nüma edirlər. H.Zərdabi. // Hesablayaraq, fikirləşərək bir şeyin nəticəsini, cavabını müəyyən etmək, əldə etmək. Məsələnin cavabını tapmaq. Sözün kökünü tapmaq.
2. Çox axtararaq axırda əldə etmək; tapıb almaq. Ayağıma, nəhayət, ayaqqabı tapdım. – Neft səltənəti Bakıda neft tapmaq əzablı bir işə çevrilmişdi. A.Şaiq.
3. məc. Görmək, hiss etmək. Tahir bu balacaboy uşağın varlığında suçu uşaqların kədər və iztirablarını tapırdı. S.Rəhimov. [Bibixanım] elə bir xüsusiyyət tapa bilmirdi ki, xoşuna gəlməsin. B.Bayramov. // məc. Birini hər hansı bir vəziyyətdə, halda görmək. Atasını xəstə halında tapdı. // məc. Əldə etmək, nail olmaq. [Gəldiyev] illərdən bəri arzuladığı “normal” həyatı tapmışdı. Mir Cəlal.
4. Danışılan bir sözə və s.-yə istehzalı münasibət bildirir. Deməyə söz tapmısan! Tərifləməyə adam tapdınız!
5. Bir sıra isimlərdən sonra gələrək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: fürsət tapmaq, macal tapmaq, söz tapmaq, nöqsan tapmaq, yol tapmaq və s.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
tapmaq
I. görmək
{görmek}
II. duymaq, sezmək
{duymak, sezmek}
III. bilmek, anlamaq
{bilmek, anlamak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
tapmaq
bulmak
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
tapmaq
Bulmak. Izlep tapmaq – Arayıp bulmak. Oylap tapmaq – Düşünerek bulmak. U oghul tapti – O oğul doğurdu. Tereqqiy tapmaq – Gelişmek. Zorur dep tapmaq – Önemli bulmak. Kaza tapmaq – Ölmek. Tinim tapmaymen – Dinlenmeksizin hareketteyim. Uning könglini taptim – Onun gönlünü aldım.
Axir izdelgen sözler:
- addlebrained,
- ilbəil,
- apriori,
- ARTMAK,
- bulgangandık,
- afiyet,
- kommunistik,
- neglectful,
- dolchin,
- odalı,
- yindmek,
- kant,
- ceñe,
- revolyutsiya,
- Bil,
- obol,
- tundlik,
- dumb,
- durakdurak,
- kihi,
- constituency,
- tapmaq