sürüşmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
sürüşmək
f.
1. Hamar, sürüşkən səth üzərində hərəkət etmək. Kirşə buzun üstündən sürüşüb keçdi.
2. Asanlıqla hamar səth üstü ilə hərəkət etmək, irəliləmək. [Qasım:] Dənizin üzü dələmə kimi idi. Gəmi suyu yara-yara sürüşürdü. T.Ş.Simurq.
3. Sürüşüb düşmək, yerindən qaçmaq. Papaq başından sürüşüb düşdü. – [Sona anım:] Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı. M.F.Axundzadə. Ayaq altında dayanmayan narın isti qum sürüşüb aşağı getdikcə uşaqlar baxmır, tövşüyətövşüyə, ağır-ağır diklənirdilər. Mir Cəlal. Qızın qara çadrası başından sürüşüb boynuna düşdü... Ə.Məmmədxanlı.
4. Sürüşə-sürüşə düşmək.
5. Çəkilmək. İzzət Əhmədin yanına sürüşüb əlini qoydu oğlunun çiyninə və başını əydi onun başının üstə. C.Məmmədquluzadə. Pası bir qədər kənara sürüşərək əllərini dizinə vurub: – Bir qulaq kağıza yüz manat, – dedi. S.Rəhimov. [Surxay:] Mehralı dayı, bir az o yana sürüş, qonağımız əyləşsin. S.Rəhman.
6. məc. Gözə görünmədən, heç kəsə hiss etdirmədən getmək, yox olmaq, çəkilmək; əkilmək. [Molla] başmağını astanada qoyub, ətəyini ovcuna yığdı, oğru pişik kimi sürüşdü. Mir Cəlal. Leytenant tezcə sürüşüb çıxdı. S.Vəliyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
sürüşmək
I. getmək, axmaq, düşmək, enmək
{gitmek, akmak, düşmek, inmek}
II. əkilmek
{ekilmek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
sürüşmək
kaymak