ovlaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ovlaq
is.
1. Ov heyvanları və quşları çox olan yer, ov yeri. Ovlaqda quş vurmaq. – Yoxsa ən yaxşı ovlaqdan da nabələd ovçu əli ətəyindən uzun qayıdar. M.Rzaquluzadə. İsi dayı .. ovlaqdan əlidolu qayıdanda bütün ağrı-acını unudardı. B.Bayramov. // məc. Obrazlı təşbehlərdə. Dağlar dağımdır mənim; Qəm ovlağımdır mənim. (Bayatı). Ürək də ovçudur, ovlağı aləm; Hər zaman dolaşır, axtarır o da. S.Vurğun.
2. Heyvan və s.-nin daim olduğu, yaşadığı yer. Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. N.Vəzirov. Aslanların, pələnglərin ovlağıdır mənim yurdum. S.Vurğun.