turklehceleri.org

Qəliz

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qəliz

sif. [ər.]
1. Qatı; duru olmayan. Qəliz mürəkkəb. – Siz arxayın olun, ağa, mən özüm bu qəliz xörəklərdən seçib bir yaxşı nahar hazır edərəm. N.Vəzirov. Dərya suyunun duzu və özü də ağır olduğuna [görə] qəliz olur. H.Zərdabi.
2. Anlaşılması çətin olan, anlaşılmaz, çox mürəkkəb. Qəliz ibarə. Natiq çox qəliz (z.) danışdı. – [Dursun] ölmədiyini .. qəliz andlar ilə zor-güc Ballıya inandırdı. A.Şaiq.
3. Kəsif, sıx. Bir azdan sonra, uzaqdan qəliz toz dumanlarını .. pozaraq, kiçik bir dəstə göründü. M.S.Ordubadi. Elbanın arxasında bütün sahil boyu meşə yanırdı. Oradan gələn qəliz bir tüstü istehkamçıları öz pərdəsi altına alırdı. Ə.Sadıq.
4. Tünd, kəskin. ..Özü mənə yaxınlaşmadan əvvəl [ətrin] qəliz qoxuları məni əhatə etdi. M.S.Ordubadi.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qəliz

I. mürəkkəb, çətin
{zor, çetin}

II. kəsif, sıx
{yoğun, sık}

III. tünd, kəskin
{koyu, keskin}


Axir izdelgen sözler: