qızdırma
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qızdırma
is.
1. “Qızdırmaq”dan f.is.
2. Bədəndə hərarət, istilik. Uşağın qızdırması var. Xəstənin qızdırması artdı. – [Turac:] Bir həftədir ki, uşağım qızdırma içində yanır. C.Cabbarlı. Başı .. ağırlaşmış, qulaqları uğuldayır, bədəni uçunurdu. Bir az sonra onu qızdırma apardı. M.Rzaquluzadə. Sürəyya qızdırma içində yanırdı. Ə.Məmmədxanlı.
3. dan. İsitmə xəstəliyi, malyariya. Bir naxoşun üstə həkim gətirəndə, həkim əvvəl yapışır naxoşun nəbzindən, sonra qulağını qoyur döşünə və deyir ki, “sənin azarın, məsələn, qızdırmadır”. C.Məmmədquluzadə. Zavallı uşaq qızdırma azarından yeni qalxmış adam kimi ayaq üstündə dayana bilmirdi. S.S.Axundov. Bir neçə il bundan əvvəl mən onu qızdırma xəstəliyindən müalicə edirdim. C.Cabbarlı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qızdırma
I. hərarət, istilik
{hararet, sıcaklık}
II. isitmə, üşütmə
{ısıtma, üşütme}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
qızdırma
ateş, humma, sıtma