Xab
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
xab
is. [fars.] klas.
1. Yuxu. Gecələr gözlərim xabı görməmək; Ol siyah nərgisiməstanədəndir. M.P.Vaqif. Dayansın qarşıda, gətirsən tabı; Ayıltsın qəflətdən, unutsun xabı. Aşıq Ələsgər. • Xabi-qəflət klas. – bax. qəflət yuxusu (“qəflət”də). Ey qafil xortdan, bu nə xabi-qəflətdir ki, uyubsan? Ə.Haqverdiyev. Sənə molla çalır lay-lay, yatırdır xabi-qəflətdə; Səni yar eləyir hurilər ilə baği-cənnətdə. Ə.Nəzmi. [Dərviş:] Bəşərsən, zəhmətkeşsən, halını qan, ömrünə yan, olma biiman, xabi-qəflətdən oyan, – dəmbədəm deyən Ruqiyyə idi, Ruqiyyə. A.Divanbəyoğlu.
2. məc. Qəflət yuxusu, cəhalət, avamlıq. • Xabi-cəhalət klas. – bax. xabi-qəflət. Tərpənmə, amandır, bala, qəflətdən ayılma; Açma gözünü, xabi-cəhalətdən ayılma. M.Ə.Sabir.