turklehceleri.org

əlvan

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

əlvan

I. sif. [ər.] Cürbəcür rəngdə olan, rəngarəng, rəngbərəng, ala-bəzək. Əlvan kağız. Əlvan çiçəklər. Əlvan tüklü quş. Əlvan parça. Küçələr əlvan lampalarla bəzənmişdir. – Bunlar əlvan qiyafəli, dünyanın hər tərəfindən toplanmış dürlü xalqların birər nümayəndələri idilər. H.Nəzərli. Əlvan çiçək xalıları yamacda; Baş qaldırır nərgiz gözlü dolusu. R.Rza.

II. sif. Dəmirdən başqa bütün materialların ümumi adı.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

əlvan

rəngbərəng, alabəzək
{renkberenk, ebruli}


Axir izdelgen sözler: