qırma
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qırma
I. is.
1. “Qırmaq”dan f.is.
2. Ov tüfəngindən atılmaq üçün qurğuşundan tökülən xırda kürəciklər; seçmə. Bu tüfəng qırmanı çox yayır. Qırma ilə doldurulmuş patron. Qırma tüfəngi – qırma atan quş tüfəngi, ov tüfəngi.
3. sif. Qırma şəklində olan, xırda, xırdaxırda doğranmış. Qırma daş.
4. məh. Kiçik palıd ağacı, palıd kolu, yaxud bir boyda kəsilmiş çəkil ağacları.
5. məh. Bəzi ev heyvanlarının ağzında əmələ gələn səpgi, qabarcıq.
II. sif. Üstü qayçılanmış, qayçı ilə vurulmuş. Qırma bığ, saqqal.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qırma
I. seçmə
{seçme}
II. saçma
{saçma}
III. qabarcıq
{kabarcık}
IV. parçalanma, sındırma
{parçalanma, kırılma}
V. kəsmə, doğrama
{kesme, doğrama}
VI. üzmə, kəsmə
{yüzme, kesme}
VII. öldürmə
{öldürme}
VIII. sarsıtma, zəiflətmə
{sarsma, zayıflatma}
IX. parçalama, sındırma
{parçalama, kırma}