turklehceleri.org

İlqar

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ilqar

is. [ər. “iqrar”dan]
1. Söz vermə, əhd, vəd, vəfa. İlqarından dönən namərddir. (Ata. sözü). [Koroğlu:] Üz tutmuşam, bu diyara gəlmişəm; Çənlibeldən bir ilqara gəlmişəm. “Koroğlu”. Biz ki ilqar keçirmişik aradan; Amin desək, tez düzəldər Yaradan. Aşıq Ələsgər. Gün çıxar, əriyər dağların qarı; Pozulmaz dostların əhdi, ilqarı.. N.Rəfibəyli. • İlqar almaq – söz almaq, vəd olmaq, əhd bağlamaq. Dəfələrlə bulaq başında onunla görüşmüş, sevişmiş və ondan, öz istilahlarınca, ilqar almışdı. A.Şaiq. İlqar vermək – söz vermək, vəd etmək, əhd etmək. Yüz il keçsə öz yarımdan dönmərəm; İlqar verdim, ilqarımı danmaram. Qurbani. İlqarına düz çıxmaq – verdiyi sözün, əhdin üstündə durmaq, sözünə sadiq olmaq, vəfalı çıxmaq. Seyran ilqarına düz çıxıb, yoldaşını satmadı. M.Hüseyn. İlqarından dönmək – verdiyi sözə əməl etməmək, əhdini pozmaq, vəfasız çıxmaq. Abas ağlar zarı-zarı; Getməz könlümün qubarı; İlqarından dönən yarı; Tanrı tezbazar eyləsin! Aşıq Abas.
2. məh. Hörmət mənasında. Uşağa buyuranın ilqarı olmaz.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

ilqar

əhd, və’d, vəfa
{söz, vaad, vefa}


Axir izdelgen sözler: