əyirmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əyirmək
f. Əllərin arasında, yaxud müxtəlif mexanizmlər vasitəsilə yun, pambıq liflərini eşib ip halına salmaq. Cəhrəsi qarşısında ip əyirər; Uşağıyçın belə dua eləyər. A.Səhhət. [Tapdığın] anası isə çoxdan bəri məfrəşdə saxladığı yunu darayır, əyirirdi. Ə.Vəliyev. Fatı qaşqabağını töküb: – Görmürsən yun darayıram? – dedi, – ip əyirəcəyəm, gəbə toxuyacağam. Ə.Abasov.