turklehceleri.org

qarı

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qarı

is.
1. Qoca qadın, qoca arvad. Budur! Dünya görmüş o qarıya bax; Mənalı gözləri intizardadır. S.Vurğun. Ayna qarının qolundan tutaraq yanına çəkdi. Ə.Məmmədxanlı.
2. Arvad, zövcə. Qoca öz qarısı ilə kənddə yaşayırdı. – Əmiraslan baba uşaq kimi qızaraqızara qayıdıb öz qarısının yanında oturdu. S.Rəhimov.
3. məc. Qatı, qəddar, kinli, hiyləgər (bu mənada adətən “düşmən” sözü ilə bərabər işlənir). Qarı düşmən dost olmaz. (Ata. sözü). Yaxın gəlmə, qarı düşmən! Döyüşlərdə boy atdım mən. S.Vurğun. Qarı düşmən qəzəb və qorxusundan titrəyir. M.İbrahimov. ‣ Küpəgirən qarı – araqarışdıran, fitnəfəsad törədən, hiyləgər arvad. Bədircahanın ağzında otuz iki dişdən birisi də qalmamışdı, gözləri ağrıyırdı və həmişə su axırdı. Mümkün deyil ki, Bədircahana küpəgirən qarı, ya ki, cəhənnəmdən biletsiz qaçan deməyəsən. N.Vəzirov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qarı

I. arvad, zövcə, qadın
{hatun, zevce, kadın}

II. qatil, qəddar, kinli, hiyləgər
{katil, gaddar, kinli, hilekâr}


Axir izdelgen sözler: