turklehceleri.org

qapı

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qapı

is.
1. Girib-çıxmaq üçün evin, yaxud barının və s.-nin divarında açıq yer, deşik, habelə bu deşiyi qapamaq üçün taxtadan, dəmirdən və s.-dən düzəldilən qurğu. Divara qapı açmaq. Ev qapısı. Qapını örtmək. Ara qapı (iki otağın arasındakı qapı). Qapı ağzı (qapının qabağı, qapı önü). Qapı içi (astana). // məc. Ev mənasında. [Gülzar:] Heç kəs cürət edib bu qapıya gələ bilməz. S.S.Axundov.
2. Evin, binanın qabağı, girəcəyi; həyət. Elə kəs var ki, tapılmaz qapısında bir inək. S.Ə.Şirvani. Mal qapıya gələndə axşamsəhər; Qoyun mələr, quzu mələr, dağ mələr. A.Şaiq. Hədiyyə naharını təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi. Mir Cəlal. • Qapıbaca – ev, həyət, evin yan-yörəsi. Qapıbacadan muğayat ol. İt qapı-bacanı qoruyur. – [Xırda xanım:] Bu saat otaqları təmiz süpürərsən, qapı-bacanı gül kimi eləyərsən. N.Vəzirov. Züleyxa xeyli vaxt, həyəcan içində qapı-bacada dolandı. S.Rəhimov. Qapıda törəmə – sahibinin öz həyətində doğulmuş və ya böyümüş (heyvan haqqında). // Evin divarları, evə yapışıq olan yerlər. Qapıbacanı əhənglə ağartmaq .. ümumi bir həvəs idi. H.Sarabski.
3. Bir şeyin ağzını, deşiyini, girəcəyini örtüb bağlamaq üçün dəmirdən, taxtadan, şüşədən və s.-dən düzəldilmiş örtü. Şkafın qapıları. Buxarının qapısı. Avtomobilin qapısı.
4. Nərd oyununda: iki daşla tutulan xana. ‣ Açıq qapı – hər kəsin girə bildiyi yer. ..Qaçay arxasını divara söykəyib açıq qapıdan həyətə baxırdı. İ.Məlikzadə. [Əmir:] Mən bağlı qapını yox, açıq qapını kilidləməklə qapını bir az açıq qoymuşdum. M.S.Ordubadi. Bağlı qapı dalında – gizli, xəlvəti, kənar adamın iştirakı olmadan. Qapı dalında qalmaq (qoymaq) – 1) bayırda qalmaq, içəri buraxılmamaq; 2) sıxıntıda qalmaq, çətinliyə düşmək, ağır vəziyyətə düçar olmaq. Bəs ana deyilmi, özün söylə bir; O qapı dalında qoyduğun ana? B.Vahabzadə. Qapıda durmaq – müntəzir olmaq, gözləmək. [Mirzə Cəfər xan:] Əli xan .. indi, budur, özü də, sərkərdələri də gəlib qapıda durub, hüzuri-aliyə müşərrəf olmağa izin istəyirlər. Ə.Haqverdiyev. Qapıdan qovmaq – rədd etmək, qəbul etməmək, üz göstərməmək. [Dərviş:] Ay camaat, Allah xatirinə, gəliniz məni bu zalımın əlindən xilas ediniz. Qardaş, köməyə gələn olmadı. Yüyürdüm divan qapısına, “bizə dəxli iş deyil” – deyib, məni qapıdan qovdular. N.Vəzirov. Qapı-qapı gəzmək (dolaşmaq, düşmək) – 1) hər tərəfə müraciət etmək, hər tərəfi dolanmaq, həyətbəhəyət gəzmək (bir şey üçün). [Yasəmənin] əri Yusif də qapı-qapı gəzib ayı oynadardı. S.S.Axundov. Yazırsınız ki, sudan ötrü qapı-qapı dilənirsiniz və bundan savayı çox artıq-əskik sözlər yazırsınız. “Mol. Nəsr.” Qadınlar belə adamı qapı-qapı axtarıb tapırlar. M.S.Ordubadi. Qoca Məşədi Məmmədvəli qapı-qapı düşüb bəylərə, mollalara yalvarıb bir neçə günün müddətində həmin kağızı düzəltdi. Ə.Haqverdiyev; 2) dilənmək, dilənçilik etmək. Həyat qayğısı, ehtiyac ananı qapı-qapı gəzdirdi. Mir Cəlal. Qapı-qapıya – lap yaxın, üz-üzə. Qapı-qapıya qonşular. – [Dükançı Hümmətəli:] Bəy, məni tanımırsan? Bahalıq ili siz ilə qapı-qapıya olmurduqmu? Ü.Hacıbəyov. Qapılara düşmək – qapı-qapı gəzib dilənmək, dilənçilik etmək. [Qurban Pəri caduya:] Niyə dövlətli adamları tovlayıb puldan-zaddan almırsan, çiyninə bir torba salıb qapılara düşürsən? Ə.Haqverdiyev. Qapını dabanından çıxarmaq – gedibgəlməklə birini təngə gətirmək, bir yerə, bir adamın yanına çox gəlib-getmək, israr etmək. [Oğlanlar] qapını döydülər. Açmadı. Yumruqla döyəclədilər, hətta təpiklə taqqıldatdılar. Qız qapının az qala dabanından çıxacağını görüb qorxdu. İ.Şıxlı. Qapını döymək məc. – lap yaxınlaşmaq. Qış qapını döyür. – Axı, cəsarətsiz, axı, ürəksiz; Qapını döyməmiş hələ bir zəfər. B.Vahabzadə. Qapını üzünə çırpmaq – çox pis qarşılamaq, qəbul etməmək, qovmaq. Qapısı açıq – qonaqpərəst, comərd, səxavətli, çörək verən adam haqqında. Qapısı açıq adamdır. – Ürəyi, süfrəsi, qapısı açıq; Kimsə bu qapıdan sənə deməz, çıx. Şəhriyar. Qapısı bağlanmaq (çırpılmaq) məc. – evi-eşiyi dağılmaq, ailəsi məhv olmaq. Çatmadı əvvəlcə bu xəbər ona; İnana bilmədi qulaqlarına; Elə ki, inandı... o, lal kəsildi; .. Anladı, bildi: Qapısı bağlandı, ocağı söndü. B.Vahabzadə. Qapısını döymək məc. – sataşmaq, dolaşmaq. Quduz düşmən, özünü bir bu qədər öymə, gəl; Bu qartallar yurdunun qapısını döymə, gəl. S.Rüstəm. Döymə qapımı, döyməyim qapını. (Məsəl). Qapısının açarı dama atılmaq – bax. qapısı bağlanmaq.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qapı

kapı


Axir izdelgen sözler: