ailə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ailə
is. [ər.]
1. Ata-anadan, uşaqlardan, nəvələrdən və yaxın qohumlardan ibarət olub, bir yerdə yaşayan adamların hamısı; külfət. Ailə başçısı. Ailə saxlamaq. Ailə üzvü. Ailə tərbiyəsi. Ailə həyatı. Ailə vəziyyəti. – [Qətibə:] Ailəmizə üz verən böyük və bədbəxt faciələri sizə bildirməyə məcbur oldum. M.S.Ordubadi. Atılmış zəhmətə on dörd yaşında; Bir böyük ailə vardı başında. A.İldırım. Ailənin başqa üzvləri də sakit və altdan-altdan gah Şəmsiyyəyə, gah Səlimiyə baxır.. M.İbrahimov. // məc. Çox mehriban. Bir ailə kimi yaşamaq.
2. zool. Bir erkəklə bir və ya bir neçə dişidən ibarət heyvan dəstəsi. Arı ailəsi. Qarışqa ailəsi.
3. dilç. Mənşəcə bir olan dillər qrupu. Türk dilləri ailəsi.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ailə
külfət
{eş}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
ailə
aile, çoluk çocuk