turklehceleri.org

proqram

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

proqram

[programma – elan, sərəncam]
1. Görüləcək iş, fəaliyyət və s.-nin planı. Sənayeni inkişaf etdirmək proqramı.
2. Siyasi partiyanın, yaxud hər hansı bir siyasi və ya ictimai xadimin öz qarşısına qoyduğu məqsəd və məramı şərh edən bəyanatı. Milli hökumət birdən-birə öz proqramını həyata keçirməyə başlaya bilmədi. M.İbrahimov. // xüs. Avtomatik hesablama maşınlarının görəcəyi, həll edəcəyi məsələlərin planı. Elektron hesablayıcı maşının proqramı.
3. Bir işin həyata keçirilməsinin ardıcıllığı, sırası, planı. Nümayiş proqramı. Bayram şənliklərinin proqramı.
4. Konsertdə, sirk tamaşasında və s.-də ifa olunan nömrələrin, əsərlərin məcmusu, toplusu; radio və televiziya verilişlərinin tərkibi. Konsertin proqramı. Televiziya verilişlərinin proqramı.
5. Məktəblərdə tədris olunan fənn və ya kursun məzmun və metodoloji əsaslarının qısaca şərhi. Tarix proqramı. Onuncu sinfin ədəbiyyat proqramı. // Hər hansı bir məktəbdə, fakültə və ya kursda tədris olunan fənlərin məcmusu, toplusu. Orta məktəb proqramı. Filoloji fakültənin proqramı.
6. Çap olunmuş hər hansı bir kitabın, ədəbi əsərin planı, qısa məzmunu. Romanın proqramı. // Musiqi əsərinin mövzusu, süjeti.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

proqram

program


Axir izdelgen sözler: