mərdanə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mərdanə
zərf və sif. [fars.]
1. İgidcəsinə, qəhrəmancasına, qorxmadan. Mərdanə vuruşmaq.
2. Mərdcəsinə, açıqcasına. Mərdanə danışmaq. – Başımı top edib yenə meydanə girmişəm; Meydanə girməyə yenə mərdanə ər gərək. Nəsimi.
3. Kişiyə xas olan, kişiyə məxsus, kişi üçün olan. Mərdanə paltar. – Bir gün, cümə günü bir cüt mərdanə corab bazardan alıb, oğlunu yanına salıb getdi Mirzə Nəsibin evinə. Ə.Haqverdiyev. Hətəmxanın çiynində göy mahud çuxa, .. ayağında iri nallı mərdanə başmaq var idi. S.Rəhimov. // məc. Kişi kimi, kişi tərzində. Qızın sifətindəki mərdanə gözəllik, .. sərrastlığı, danışığındakı cazibə [Səlimin] gözündən qaçmamışdı. B.Bayramov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
mərdanə
cəsuranə
{yiğit}