turklehceleri.org

od

Tiniq Türkche - Türkiye Türkchisi Lughiti (Kuleli)

od

1. Ateş

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

od

is.
1. Yanan bir şeydən çıxan qazlar; atəş. Odu söndürmək. Odda yanmaq. Odda qızdırmaq. Kömür odu. // məc. Obrazlı təşbehlərdə şiddətli hissiyyatın, ehtirasın, coşqunluğun, ruh yüksəkliyinin rəmzi kimi işlənir. Qəlbi od dənizi, gözüdür Bakı; Doğma Vətənimin gözüdür Bakı. B.Vahabzadə.
2. Çox bərk isti. Göydən sanki od yağırdı. Nəfəs almaq çətin idi. S.Vəliyev.
3. məc. Qızartı, qırmızılıq; hərarət. ..Yanaqlarının odu hələ də sönməyən qız .. anasının üzünə baxa bilmirdi. B.Bayramov. • Od parçası – çox zirək, diribaş, bacarıqlı adam haqqında. [Canəli:] Ay maşallah, sən lap od parçasısan ki... Mən bu andırın dilini bir aya güclə öyrəndim... İ.Məlikzadə. // Nadinc, yıxıb-dağıdan, daim hərəkətdə olan uşaq haqqında. Uşaq deyil, od parçasıdır.
4. məc. dan. Ev, ailə, ocaq. Bu kənd üç yüz oddan ibarətdir. • Od qonşusu – yaxın, qapıbir qonşu. Gərdənlər çəkili, baxışlar soyuq; Sanki xəbərsizik, od qonşusuyuq. M.Araz. ‣ Od aparmış! – qarğış mənasında (əsasən uşaq haqqında deyilir). Od(u) ayaqlamaq – bir şeyi əldə etmək və ya məqsədə çatmaq üçün çox çalışmaq, səy göstərmək. Od eləmək – atəş açmaq, odlu silahla vurmaq. Gecənin bir vaxtı ortalıqda hazır toyuğu görən tülkü onu qapmağa gələndə [Yaşarın] atası od eləyib tülkünü vurmuşdu. M.Rzaquluzadə. Od götürmək – bərk hirslənmək, özündən çıxmaq, od tutmaq. Bu sözdən od götürdü. – Xalıqverdi kişini yenə də od götürdü. Ə.Vəliyev. Gülzarı od götürdü. Nə danışdığını özü də bilmədi. İ.Hüseynov. Od ilə su arasında qalmaq – çıxılmaz vəziyyətə düşmək, nə edəcəyini bilməmək. [Cavad:] Səfər bəy qıza bənd olub, istəyir ki, kəbinini kəsdirib, evinə aparsın, mən də qalmışam odla su arasında. B.Talıblı. Sanitar yaralının çox əsəbiləşdiyini görüb odla su arasında qalmışdı. M.Hüseyn. Od kimi – 1) çox isti, qaynar, qızmar. Çay od kimidir. Dəmirə əl vurmaq olmur, od kimidir; 2) çox cəld, sürətlə, becid. Od kimi getmək. Od tutub yanmaq – qızdırması qalxmaq, hərarəti yüksək olmaq, bərk qızdırmaq. Dürrə qızdırmadan od tutub yanırdı. S.Vəliyev. Şahpərinin od tutub yanan bədəni bircə an içində soyudu. B.Bayramov. ...od vurmaq – divan tutmaq, cəzalandırmaq. Uca, qocaman dağlarda bütün millətlərin mərd oğulları .. işğalçılara od vururdular. S.Vəliyev. Odla oynamaq – nəticəsi fəlakətlə qurtara biləcək bir iş görmək. Elə ki yandım; Odla oynamaqdan qorxdum, dayandım. B.Vahabzadə. Odlar yurdu (ölkəsi) – obrazlı ifadə kimi “Azərbaycan” mənasında işlədilir. [Leyla:] Sən Odlar yurdunun öz övladısan! B.Vahabzadə. Odu söndürüb külü ilə oynamaq – əsas məsələni qoyub ikinci dərəcəli məsələ ilə məşğul olmaq, böyük işi qoyub kiçiyindən yapışmaq. Odu yatırılmaq – sakitləşdirilmək, aram edilmək.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

od

atəş, alov
{Atəş, alev}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

od

ateş, od


Axir izdelgen sözler: