turklehceleri.org

minnət

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

minnət

is. [ər.] Edilən hörmət və yaxşılığa qarşı daxilən duyulan borcluluq hissi, özünü borclu bilmə. ‣ Minnət çəkmək – 1) hörmət və yaxşılıq qarşısında özünü borclu bilmək. [Xoca Əziz:] İgid də igiddən çəkərmi minnət! “Koroğlu”; 2) bax. minnət götürmək. [Xanpəri:] Nə lazımdır ki, Hətəm xan ağadan və ya özgəsindən minnət çəkəsən. M.F.Axundzadə. [Səməndər] qonaqlarını heç kəsdən minnət çəkmədən yedirib-içirib yola sala bilərdi. B.Bayramov. Minnət etmək (eyləmək) – təvəqqe etmək, xahiş etmək, boyun əyib yalvarmaq. Adamlar yerbəyerdən xana minnət elədilər. “Qurbani”. Ey yığılan canlar, minnət eyləyin; Dursun o gözəllər şahı, oynasın. Q.Zakir. Minnət götürmək – edilən hörmətin, yaxşılığın və ya bəxşişin qarşısında özünü borclu bilmək. [Hacı Saleh:] Boynuma torba salıb dilənməyə hazıram, nəinki sənin kimi adamdan minnət götürməyə. S.S.Axundov. Minnət götürməmək – məqsəd güdən yaxşılığı və s. qəbul etməmək, ondan imtina etmək. O heç kəsdən minnət götürməz. – Sən indiyədək heç kəsdən minnət götürməyibsən. Ə.Haqverdiyev. Minnət qoymaq – etdiyi hörmət və yaxşılığı başa qaxmaq, xatırlatmaq, başqasını özünə borclu çıxarmaq. Dul arvad yetim saxlar; Naxırçıya minnət qoyar. (Məsəl). [Cavadov:] Siz camaatın öz malını özünə qaytarırsınız, hökumətə minnət qoya bilməzsiniz. Ə.Haqverdiyev. ..[Qulam müəllim] bilirdi ki, yaxşılıq edib, minnət qoymaqdan da dünyada pis şey yoxdur. S.Rəhimov. Minnətə getmək – bir şey və ya iş üçün birisinin yanına xahişə getmək, xahişlə müraciət etmək. [Həbib bəy:] Kərbəlayı, içərimizdə yenə hörmətli sənsən. Zəhmət çək, hacının yanına minnətə get. S.Rəhman. Minnətə gəlmək – bir şey və ya iş üçün birisinin yanına xahişə gəlmək, gəlib xahiş etmək. Minnət(in) olsun! – özü(n) üçün şərəf hesab et(sin)! Minnətin olsun ki, sizə gəlmişəm.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

minnət

I. xahiş, rica, təvəqqə, yalvarma
{rica, istek, arzu, yalvarma}

II. istək, dilək, razılıq, təşəkkür
{istek, dilek, rıza, teşekkür}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

minnət

minnet


Axir izdelgen sözler: