birçək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
birçək
is.
1. Qulaqların üstündən çıxan saçın qövs şəkilli hissəsi (qadınlarda). Qaşın qabağında seyqəlli birçək; Sayə salmış üzə şölə mübarək. M.P.Vaqif.
2. Ümumiyyətlə saç. [Səfər] birçəklərini qotaz daramazdı, papiros çəkməzdi, aşurada başını yarmazdı, qaməti də mövzun deyildi. Ə.Haqverdiyev. Xan .. Zamanın birçəklərindən yapışıb ayağının altına saldı. Çəmənzəminli. Tarixlərin şahididir mənim bu ağ birçəyim. S.Vurğun.
3. Atın yalından ayrılıb, alnına tökülən tük dəstəsi. At birçəyi. ‣ Birçəyi ağ – qoca. Tezliklə Azad da qayıdar, .. evləndirərsən, sən də birçəyinin ağ vaxtında bir gün görərsən. M.İbrahimov. Birçəyi ağarmaq – qocalmaq (yalnız qadın haqqında). Birçəyini ağartmaq – 1) qocalmaq; 2) qocaltmaq, qocalmasına səbəb olmaq. [Sona xanım:] [Heydər bəyin] fikri budur ki, atam evində mənim birçəyimi ağarda. M.F.Axundzadə.