lələ
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
lələ
is.
1. Keçmişdə kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəsilə məşğul olan adam. [Qətibə xanım:] Səba xanım, özümü çox fəna hiss edirəm, Qutluğu lələsinə tapşırın. M.S.Ordubadi. Hacı Səmsam .. başqa mülkədarlar kimi oğlu üçün lələ saxlamırdı. P.Makulu.
2. Böyüyə, yaşlı kişilərə müraciət zamanı işlədilir. [Fərhad:] Eybi yoxdur, gəlin içəri, xoş gördük, lələlərim. Ə.Haqverdiyev. Lələ, səndən bir şey soruşacağam, gizləmə, doğrusunu söylə. S.S.Axundov. [Qədir:] Ay lələ, yavaş sürün!.. Mir Cəlal. // dan. Hörmət üçün özündən böyük adamın adına əlavə olunur. [Rəhim:] Rəhmətlik bəy mənə Rəhim lələ deyərdi. Ə.Haqverdiyev. [Məstan:] Qoy Tapdıq lələ .. qağamdan danışsın. Ə.Əbülhəsən.