turklehceleri.org

ləkələmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ləkələmək

f.
1. Paltara, yaxud bir şeyin üstünə ləkə salmaq; batırmaq, bulamaq. Paltarını ləkələmək. Kitabı ləkələmək. Çəkmələrini ləkələmək.
2. məc. Birisinin adına, şərəfinə toxunulacaq söz demək; olmayan şeyi ona isnad etmək, bədnam etmək, rüsvay etmək, biabır etmək, hörmətdən salmaq, qara yaxmaq. [Molla Xəlil] müəllimi xalq nəzərində ləkələmək üçün İslamı qurşamışdı ki, şikayət etsin. S.Hüseyn. [Barat:] Yoldaş Şərif, nə haqq ilə sən müəllimə Almaz xanımı biabır edirsən, ləkələyirsən? C.Cabbarlı.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

ləkələmək

I. çirkləmək, kirlətmək, bulamaq, batırmaq
{kirlemek, kirletmek, bulamak, batırmak}

II. utandırmaq, pisləmək
{utandırmak, kınamak}


Axir izdelgen sözler: