turklehceleri.org

bərəkət

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bərəkət

is. [ər.]
1. Bolluq, məhsuldarlıq. [Əmioğlu:] Yoxsa həqiqətdə bizim südümüzün bərəkəti həmin qapıbir qonşularımızın pambığının bərəkətinə bağlıdır. C.Məmmədquluzadə. [Nizami:] Məmləkətimizin mövqecə əhəmiyyəti, düzlərimizin zənginlik və bərəkəti daima düşmənlərimizin iştahasını coşdurmuşdur. M.S.Ordubadi. • Bərəkət tapmaq, bərəkət artmaq – bollaşmaq, çoxalmaq; qiymətə minmək. Veylabadda hər bir şey danışılırdı, .. çoxlu ocaqlar (pirlər) zühur etmişdi, .. birdən-birə mollaların pulları bərəkət tapmışdı. Çəmənzəminli. Bərəkəti qaçmaq – azalmaq, tükənmək, qiymətdən düşmək.
2. Səmərə, fayda, xeyir, artım. Bərəkət ondur, onu da düzlük. (Ata. sözü).
3. Çıx. halında: bərəkətindən – üzündən, nəticəsində, sayəsində. [Şeyx Nəsrulla:] Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq. C.Məmmədquluzadə.
4. Nida mənasında. ..Qış fəsli nə qədər gözəl olsa da, yenə bahar fəslinə bərəkət! C.Məmmədquluzadə.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

bərəkət

bolluq, məhsuldarlıq
{bolluk, verimlilik}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

bərəkət

bereket


Axir izdelgen sözler: