lülə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
lülə
is.
1. Odlu silahların gülləyə, mərmiyə lazımi istiqamət verən boruşəkilli hissəsi. Topun lüləsi. – Tüfəngin lüləsi həkimin böyrünə toxundu. M.Hüseyn. Karl .. avtomatın lüləsini yoxladı. Ə.Əbülhəsən.
2. Boru (silindr) şəklində yuvarlanmış, lülələnmiş şey. Kağız lüləsi. Bir lülə müşəmbə. – [Xortdan:] ..cibindən bir lülə kağız çıxardıb başladı onu oxuduqca açmağa. Ə.Haqverdiyev. Taxtapuşun qıraqlarından və borularından buz lülələri sallanmış, hava isə gömgöy göyərmişdi. S.Rəhimov. // Halqalar şəklində burulmuş şey. Saç lüləsi. Lülə sap.
3. anat. Qolda, qıçda: boru şəklində içiboş sümük. [Qəhrəman:] Sağ qolumun lüləsini sındırmışdı. H.Nəzərli.
4. bax. lüləkabab. lülə-lülə sif. və zərf Lüləyə oxşar, lülə kimi, lülələr şəklində. Lülə-lülə buz. – Ağaclardan buz sallanıb lülə-lülə. R.Rza. Ağacların budaqları lülə-lülə qara bükülmüş, axar sular donmuşdu. M.Rzaquluzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
lülə
I. ağız
{ağız}
II. sırsıra
{buz sarkıtı}
III. kran, trubka
{iran parası, trubka}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
lülə
silindir