turklehceleri.org

kasadlıq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

kasadlıq

is.
1. Ticarətdə malın satılmadığı, işə getmədiyi, müştərisi olmadığı vəziyyət; rəvacsızlıq, alış-verişdə durğunluq, böhran. Tərəkəmə şəhərdən çəkilib getmişdi, bazar bərk kasadlıq idi. Çəmənzəminli. [Həsən:] Bazarın kasadlığı ovqatımı təlx edib. Ə.Haqverdiyev. [Qafar:] Bu kasadlıq vaxtında mən səni üç ziyarətə necə aparım? S.S.Axundov.
2. Qıtlıq, qəhətlik. Başlanır illərin kasadlıq ili; Muğanın başına dünya dar olur. S.Vurğun. • Kasadlıq çəkmək – qıtlıq, qəhətlik keçirmək.
3. Kasıblıq, yoxsulluq, ehtiyac mənasında. Ağardı saçların, ömrün də yarı; Kasadlıq keçirir şerin bazarı. S.Vurğun. • Kasadlığa düşmək – kasadlıq çəkmək, yoxsul olmaq.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

kasadlıq

I. durğunluq, böhran
{durgunluk, bunalım}

II. kasıblıq, yoxsulluq
{fakirlik, yoksulluk}

III. qıtlıq, qəhətlik
{kıtlık, kuraklık}


Axir izdelgen sözler: