turklehceleri.org

Vücud

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

vücud

is. [ər.]
1. Olma, varlıq, mövcud olma, var olma. Bəs bunların vücudu nəyə lazımdır! M.F.Axundzadə. Kəndlilər onun [Xəlilin] vücudunu özləri üçün bir nemət bilirdilər. S.Hüseyn. • Vücuda gəlmək – əmələ gəlmək, meydana gəlmək, ortaya çıxmaq, törəmək. Hüsnün kitabətindən gəldi vücudə aləm. Nəsimi. [Əhməd] bu uzun müddət içində Bakıda nə kimi bir dəyişiklik vücuda gəldiyini görmək, bilmək istəyirdi. A.Şaiq. Vücuda gətirmək – yaratmaq, törətmək, meydana gətirmək.
2. Cisim, bədən, orqanizm. [Fəxrəddin:] Yox, o deyil, mənim sevgilimin boyu bundan daha ucadır, vücudu daha böyük tənasübə malikdir. M.S.Ordubadi. [Qadının] qarabuğdayı üzündə bir dirilik, yanaqlarında vücudunun sağlamlığından nəşət edən bir qırmızılıq .. mövcuddur. S.Hüseyn. Vücudun möhkəm olması döyüşçü üçün mühüm şərtdir. Mir Cəlal.
3. Adam, şəxs. Amma mən elə başa düşmədim ki, bu yavuqlarda vəfat edən bir vücudun barəsində o qədər çığır-bağır saldılar. C.Məmmədquluzadə. Məşədi Səttar dedi: – Bu da bir tühaf vücuddur. Ə.Haqverdiyev. Gözümün qarşısında mələk qədər məsum bir vücud od içində yanır. S.Hüseyn. [Səfər bəy:] A kişi, Mirzə Turab, sənə kişi kimi söz deyirəm, siz iki qardaşsınız, ikiniz də alim vücudsunuz. B.Talıblı.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

vücud

I. olma, varlıq, mövcudiyyət
{olma, varlık, mevcudiyet}

II. cisim, bədən, orqanizm
{cisim, beden, organizma}

III. adam, şəxs
{kişi, şahıs}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

vücud

vücut


Axir izdelgen sözler: