turklehceleri.org

inci

Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)

inci

и. энҗе; inci gerdanlık энҗе муенса

ercilasun1991

inci

Türkiye Türkçesi: inci
Azerbaycan Türkçesi: inci
Başkurt Türkçesi: ınyı
Kazak Türkçesi: injüv
Kırgız Türkçesi: akak marbar
Özbek Türkçesi: incu märvärid dur
Tatar Türkçesi: inci
Türkmen Türkçesi: dür
Uygur Türkçesi: incu märvayit
Rusça: jemçug

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

inci

is.
1. Bəzi molyuskların balıq-qulaqlarından çıxarılan ağ və ya çəhrayı (nadir hallarda qara) rəngli dənələr şəklində qiymətli sədəf maddəsi; mirvari, dürr. // Həmin maddədən hazırlanan qiymətli qadın bəzəyi (muncuq). Nə göyçək yaraşır, nə xoş görünür; Mina, inci kəmər bel arasında. Q.Zakir. [Qətibə] baş örtüsünün qarşısına almaz, yaqut və incilərdən düzülmüş bir cıqqa taxmışdı. M.S.Ordubadi. Ləpələrin qucağında dolaşdım axşam-səhər; Gözlərimi qamaşdırdı dibindəki incilər. B.Vahabzadə.
2. məc. Çox qiymətli şey haqqında. Yığır öz əliylə torpaq altından; Yerdə gizlədilmiş o inciləri. S.Vurğun.
3. məc. Təşbehlərdə: saflıq, təmizlik parlaqlıq mənasında. İnci tər. – Sıçrayarkən işıldayar damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət. Yenə ay işığında qumlar sanki incidir. N.Rəfibəyli. ..Məxmər otların arasından büllur sular süzülür, qönçələrə, düyməçələrə parlaq incilər düzülürdü. M.Rzaquluzadə. // Eyni mənada dişlər haqqında. Dəhanın sədəfdir, dişlərin inci; Sanasan ağzın püstədir, ay qız! M.P.Vaqif. Bir xoş yerişlinin, inci dişlinin; İncə baxışlının, tər qumaşlının; Bir allı, güllünün dağı məndədir. Aşıq Rəcəb. Rozanın dodaqları qaçdı, qaranlıqda onun ağ, inci dişləri parıldadı. S.Rəhimov. ‣ İnci kimi (təki) – kiçik, təmiz və düzgün. Aygün oxuduqca nəzər saldı ki; İncitək düzülmüş sözlər yanaşı. S.Vurğun. ..Çobanın təkcə gözləri, bir də inci kimi düzülmüş saf dişləri ağarırdı. İ.Hüseynov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

inci

I. mirvari, dürr
{tane, inci}

II. qiymətli
{kıymetli}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

inci

inci

Qarachay-Malqarche – Türkiye Türkchisi Lughiti (Nevruz, 1991)

inci

inci. ~ bürtükle: inci taneleri.


Axir izdelgen sözler: