yaratmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yaratmaq
f.
1. Zəhmətlə, yaradıcı əməklə vücuda gətirmək. Əsər yaratmaq. Sənaye ocaqları yaratmaq. Alimlər yeni elektron maşınları yaratmışlar. Öz səadətini insan özü yaradır. – Yaşamaq şirindir deyir hər zaman; Yaşamaq eşqilə yaradır insan! S.Vurğun. [Kərimxan Xavərə:] ..Biz sənin üçün də, oğlumuz üçün də xoşbəxt həyat, gözəl, işıqlı həyat yaradacağıq. M.İbrahimov. // Ümumiyyətlə, vücuda gətirmək, meydana gətirmək, əmələ gətirmək. Külək Keşlənin alçaq damları qabağında qum təpələri yaradırdı. M.S.Ordubadi. // Doğurmaq, oyandırmaq. [Səlimlə] son günlərin bərabər gəzişmələri, əski bir məzar daşının üzərində aparılan müsahibə Mehribanda yeni bir hiss yaratdı. S.Hüseyn. // din. Xəlq etmək, yoxdan var etmək.
2. Təsis etmək, təşkil etmək; düzəltmək, qurmaq. Ordu yaratmaq. Təsərrüfat yaratmaq. – “Molla Nəsrəddin” birinci olaraq bizdə satirik xarakter daşıyan jurnalistika məktəbi yaratmışdır. M.İbrahimov. // Hazırlamaq, təmin etmək. İşləmək üçün şərait yaratmaq. Əfkari-ümumiyyə yaratmaq. Zəminə yaratmaq.
3. Əsər yazmaq, yaradıcılıqla məşğul olmaq. Yarat, sən köçəndə ellər söyləsin; Dünyadan nə gözəl bir insan gedir. M.Rahim. Qaranlıq daxmada gecə sübhədək; O, işıq naminə yazdı, yaratdı. B.Vahabzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
yaratmaq
qayırmaq, düzəltmək, qurmaq
{imal etmek, düzenlemek, kurmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
yaratmaq
arz etmek, oluşturmak, yapmak, yaratmak
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
yaratmaq
I Yaratmak, meydana getirmek.
II Sevmek, beğenmek. Men seni yaritimen – Ben seni seviyorum.
Axir izdelgen sözler: