gəmi
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
gəmi
is. Su nəqliyyatı vasitəsi. Yelkənli gəmi. Hərbi gəmi. Ticarət gəmisi. – Gəmisini itirən çarığını axtarmaz. (Ata. sözü). Elə bil gəmilər suda üzməyir; Əlvan çiçəklərin içində üzür. O.Sarıvəlli. • Gəmi dəftəri – gəminin keçdiyi yerlər, vaxt, baş verən hadisələr, qərarlar və s. qeyd olunan dəftər. Gəmirestoran – restoran kimi istifadə olunan gəmi. Hava gəmisi – təyyarə və s. uçucu nəqliyyat vasitəsi. // Şairanə təşbehlərdə. Bəxtinin gəmisi qəm dəryasında; Düşüb qasırğaya, tufana gedir. M.Rahim. ‣ Gəmiləri (gəmisi) dənizdə (dəryada) batmaq (qərq olmaq) – iflasa uğramaq, varyoxu əldən çıxmaq, müflis olmaq (çox qəmli, qüssəli, kədərli adam haqqında). Elə qəmgindir, elə biləsən, gəmisi dənizdə batıb.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
gəmi
gemi