turklehceleri.org

kəsərli

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

kəsərli

sif.
1. Yaxşı kəsən, iti. Kəsərli alət. Kəsərli bıçaq. Kəsərli xəncər. – Ortadan kəsərli, qəbzəsi qanlı; İstərəm indidən çalhaçal ola! “Koroğlu”.
2. Düz vuran, yaxşı atan. Kəsərli tapança. – Kəsərli silah quldurun əlinə keçəndə, vay doğru və düz vətəndaşların halına! M.İbrahimov. Mən, cavan oğlanın belə kəsərli tüfənginin nə tüfəng olduğunu bilmək üçün alıb baxdım. M.Rzaquluzadə.
3. məc. Təsirli, kəskin, inandırıcı. Kəsərli danışıq. Kəsərli nitq. Kəsərli dəlil. – Qələmin axtarır ayrı bir peşə; Elə ki, kəsərli söz tapa bilmir. M.Araz. ‣ Kəsərli nəfəs – gəlişindən, danışığından yaxşılıq gözlənilən adam haqqında. Deyirlər sənin çox kəsərli nəfəsin var. “M.N.lətif”. [Qızlar:] Səni görüm, nəfəsin kəsərli olsun. Mir Cəlal.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

kəsərli

ötkün, tutarlı, əsaslı, ciddi, tə’sirli, inandırıcı
{keskin, tutarlı, esaslı, ciddi, tesirli, inandırıcı}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

kəsərli

etkili, güçlü


Axir izdelgen sözler: