görək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
görək
əd.
1. Nəticəsi qabaqcadan bəlli olmayan bir işə başlarkən deyilir. Yaz görək nə çıxır. – [Sitarə Gülzara:] Gəl toyumuz barəsində niyyət eləyək, gedək bayıra, qulaq asaq, görək kim nə eşidir. C.Cabbarlı. [Vəzir:] Səbr ediniz, görək bu işin çarəsi nədir? Ü.Hacıbəyov.
2. Fellərdən sonra gələrək narazılıq, yaxud təkidlik çaları verir. Sən bir dayan görək. Qoy görək. De görək, nə deyirsən?