turklehceleri.org

dərbənd

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

dərbənd

is. [fars.]
1. köhn. Dağlarda dar keçid, dağ keçidi; dərə.
2. İranda dar küçə. Onlar axşam saat ona iyirmi beş dəqiqə qalmış Qaraçılar dərbəndində olur. M.S.Ordubadi. Təbrizdə Müctəhid dərbəndinə getmək istəyən adam əvvəlcə böyük bir darvazaya rast gəlir. P.Makulu. ‣ Dərbənd olmaq – meyl etmək, can atmaq, bənd olmaq. Üçyaşar at açılan kimi, nə südə dərbənd oldu, nə də yoncaya, düz özün atdı arpanın üstünə. (Nağıl).


Axir izdelgen sözler: