turklehceleri.org

qəmər

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qəmər

[ər.]
1. is. şair. Ay. Süzülən nurunu toplayıb qəmər; Girdi buludlara, qaraldı göylər. M.Rahim. Yırğalanır göy sularda; O gecələr qızı qəmər. N.Rəfibəyli. // məc. Klassik şeirdə gözəl üz mənasında. Camalın günəşdir, qəmərdir üzün. M.P.Vaqif. Rüxsarına bənzər fələk üzrə qəmər olmaz. S.Ə.Şirvani.
2. sif. Açıq-qara. Qoşa qəmər atlarımın [cilovlarını] aldım əlimə. C.Məmmədquluzadə. Həyətdə bağlanmış qəmər madyanın yanında qaşqa bir qulun kişnəyib sıçrayırdı. Ə.Vəliyev. Yusif yəhərinin tərkində dolu xurcun olan qəmər madyanı tərpədib, .. kəndə tərəf sürdü. Ə.Abasov.


Axir izdelgen sözler: