turklehceleri.org

döyənək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

döyənək

1. is. Çox sürtülməkdən, toxunmaqdan, bir şeyə dəyməkdən, yaxud döyülməkdən dəridə əmələ gələn sərtlik, qalınlıq; qabar. Əlləri döyənəkdir. İri ayaqqabı ayaqlarda qabar və döyənək əmələ gəlməsinə səbəb olur. – İllərlə isti küləklərin, qara yellərin, quraq havaların vurduğu sillə, şapalaqların döyənək yeri sağalırdı. Ə.Vəliyev. • Döyənək olmaq – döyənək əmələ gəlmək. Gündə yüz yol vurardılar dəyənək; Sağrısı sərbəsər olub döyənək. S.Ə.Şirvani. Qoca döyənək olmuş əlini irəli uzatdı. S.Rəhimov.
2. sif. Çox gəzilib tapdalanmış yer; çox döyəcləməkdən, sürtünməkdən, tapdalanmaqdan, yaxud quraqlıqdan bərkimiş yer; tapdaq. Çox ayaqlanmaqdan bağlar döyənək olmuşdur. ‣ Döyənəyini basmaq (tapdalamaq, ayaqlamaq) – birini ən çox narahat edən, ən çox ağrıdan, incidən, ən çox toxunan şey haqqında. Bayram sanki bəyin ən nazik yerindəki döyənəyi ayaqlayıbmış. Ə.Vəliyev.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

döyənək

qabar
{nasır}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

döyənək

nasır


Axir izdelgen sözler: