kəsmə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
kəsmə
I.
1. “Kəsmək”dən f.is. [Cahangir ağa:] Pəricahan, atanın bizim tərəfə gəlməyinə ümidim yoxdur, çünki həmişə buyurmada, vurmada, kəsmədə ömür sürmüş. S.S.Axundov. • Kəsmə əlifba – tədris məqsədi ilə müxtəlif formalarda kəsilmək üçün düzəldilmiş əlifbadan ibarət əyani vasitə. Bəzi məktəblərimizdə uşaqlar hərfi tanıya bilmir, kəsmə əlifba üzərində işləmirlər. M.İbrahimov. Kəsmə yol (cığır) – kəsə yol, yaxın yol, ən qısa yol. Nəbi atını minib başqa kəsmə yollarla özünü yoldaşlarına yetirir. “Qaçaq Nəbi”. [Dursun:] Bu yolların qurdu deyilmiyəm? Kəsmə cığır ilə gedərəm! – dedi. A.Şaiq. [İkinci işçi:] Gəl buradan kəsmə yol ilə gedək, evə tez yetişərik. S.Rəhman.
2. Sif. mənasında. Kəsilmiş, kəsik. Göstərdilər Xaqana; Kəsmə telli bir qızı. Ə.Cavad.
II. bax. kəsməşikəstə. İndi bir kəsmə hava çalın. Çəmənzəminli.
III. is. Alçaq növlü xırda düyü. // Xırda dənli yarma, yarma ovuntusu.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
kəsmə
I. doğrama, yarma, qırma
{doğrama, yarma, kırma}
II. dayandırma, saxlama
{yaslama, koruma}
III. hasarlama, çəpərləmə
{sarma, çevreleme}