Geri
Türkiye Türkchisi – Tiniq Türkche Lughiti (Kuleli, 2013)
geri
[Köken: Yerel] Art, Arka, Geri
[Köken: Yerel ] (saat) Artta kalmış, Artta
Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)
geri
1. и. 1) арт, арткы як; 2) калган өлеш. 2. с. артта калган, 3. рәв. кире, артка таба (китү һ. б.) □ geri almak кире алу; geri çevirmek кире кайтару; geri dönmek кире кайту; geri kalmak артта калу; geri koymak кичектерү; geri vermek кире бирү
Tiniq Türkche - Türkiye Türkchisi Lughiti (Kuleli)
geri
1. Aksi
2. Aykırı
ercilasun1991
geri
Türkiye Türkçesi: geri
Azerbaycan Türkçesi: geri (galıp)
Başkurt Türkçesi: huŋğa artka (kalğan)
Kazak Türkçesi: keri artta
Kırgız Türkçesi: artta
Özbek Türkçesi: àrḳdä (ḳàlgän)
Tatar Türkçesi: suŋğa artka (kalğan)
Türkmen Türkçesi: īza (galma)
Uygur Türkçesi: artta (kalğan)
Rusça: otstavat'
ercilasun1991
geri
Türkiye Türkçesi: geri
Azerbaycan Türkçesi: geri
Başkurt Türkçesi: arka art yak
Kazak Türkçesi: art arka
Kırgız Türkçesi: art (arka) cak keri cak
Özbek Türkçesi: àrḳa àrḳ tàmàn
Tatar Türkçesi: arka art yak
Türkmen Türkçesi: arka īz tarap
Uygur Türkçesi: arka art yak
Rusça: zadn'aya storona zad
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
geri
1. zərf Arxa tərəfə, dala, dal tərəfə. [Qaçay] bir neçə addım gedəndən sonra istədi qanrılıb geri baxsın. İ.Məlikzadə.
2. is. Ard, dal, davam, mabəd. Şerin gerisini oxumaq. – Toğrul Qətibənin bu sözlərini eşidəndən sonra, rübailərinin gerisini oxumadı, kağızı büküb cibinə qoydu.. M.S.Ordubadi.
3. is. məc. Aqibət, son, nəticə. İşin gerisini düşünmək. – [Prokuror:] Bu nədir? Adam bir iş tutanda gerisini fikirləşməz? İ.Şıxlı.
4. is. məc. İnkişaf etməmiş, dala qalmış. İnkişaf çox zəifdir; Üzrümüz yoxdur əsla; İmkanımız var ikən; Geriyik nə əsasla? R.Rza. ‣ Geri durmaq – uzaqlaşmaq, yaxın gəlməmək. Yar deyilsən, çək ayağı, geri dur; Canımı odlara yaxmağın nədir? M.P.Vaqif. Geri götürmək – 1) dala almaq verdiyini istəyib almaq. Kitabını geri götürdü; 2) məc. dediyi sözdən, vədindən dönmək. Sözünü geri götürmək. – Padşah qızını çox şad görüb, hökmünü geri götürdü. (Nağıl). Geri (geriyə, geridə) qalmaq – 1) dalda, arxada qalmaq. Qocalar geridə qaldılar. – Komandan əsgərlərdən geri qalmamaq üçün yoluna davam edir. M.Hüseyn; 2) vaxtını keçirmək, vaxtında etməmək; yubatmaq, ləngitmək. Dərsim geri qalıb. – Xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. S.S.Axundov; 3) məc. inkişafdan qalmaq, tərəqqi etməmək. [Almaz Xanımnaza:] Ay ana, axı bu bizim kəndimizdir, elimizdir. Belə, geridə qalıblar ey, geridə. C.Cabbarlı. Geri qayıtmaq – dala dönmək, qayıtmaq. Qayıdıb gələndə məclisdən geri; Yolda iki nəfər düşdü üstümə. M.Rahim. Geri qaytarmaq – 1) qaytarmaq, qovmaq. Uşağı geri qaytarmaq. – Pəri nənə .. gəlinini qapıdan geri qaytarmaq fikrində deyildi. M.Hüseyn; 2) ödəmək, vermək. Borcunu geri qaytarmaq; 3) məc. qarşısını almaq, artmağa, inkişaf etməyə qoymamaq. Toxtaqlıq, təskinlik bədbəxt hadisəni geri qaytarmır. Ə.Vəliyev. Geri oturmaq – geri çəkilmək. Yağı geri oturdu. – [Düşmən] hər dəfə öz qara qanı içərisində boğulub geri otururdu. Ə.Məmmədxanlı. Geri oturtmaq – zor gələrək geri çəkilməyə, qaçmağa məcbur etmək, dala oturtmaq. Üsyançılar üzüm bağlarına doluşan və şəhərin ucqar dar küçələriylə irəliləmək istəyən bolşevikləri əzərək geri oturtdular. İ.Şıxlı. Geri(də) qoymaq – dalda buraxmaq, irəliləmək. Ələmdarlı bizi geridə qoyub özü irəli getdi, daşın dalına sinib dedi: – Kimsən, dayan! Mir Cəlal. Geri(yə) almaq – yenidən əldə etmək, almaq, özlərinə qaytarmaq. Kitabları geri almaq. – ..Osmanlı arvadları bir yerə cəm olub nitqlər söyləyiblər və and içiblər ki, paymal olan hüquq və ixtiyarlarını qanuni-əsasi vasitəsilə geri alsınlar. C.Məmmədquluzadə. Verilən ənamı geri almaq gədalıqdır. C.Cabbarlı. Geri(yə) atmaq (salmaq) – 1) dala atmaq, arxaya qatlamaq. Saçını geri atdı. – Şəmsiyyə qırmızı ipək paltarın ətəklərini geri ataraq kreslodan birisinə oturdu. M.İbrahimov; 2) məc. inkişafını saxlamaq, qarşısını almaq, mane olmaq. Onlar bilirdi(lər) ki, burada oturanların məhvi İran inqilabını on illərcə geri ata bilər. M.S.Ordubadi. Geri(yə) baxmadan – üzünü dala çevirmədən, heç bir şeyə fikir vermədən, sürətlə. Geri baxmadan getmək. Geri(yə) çəkilmək – 1) dayandığı, durduğu yerdən dala çəkilmək, geri addımlamaq. İki addım geri çəkilmək. Yoldan geri çəkil! – Şeyx Sədra itaət .. ilə geri çəkilir. H.Cavid. Müəllim gələn şagirdlərə yol vermək üçün geri çəkildi. Ə.Əbülhəsən; 2) düşmənin hücumuna davam gətirməyib öz mövqelərini tərk edərək çəkilmək. Düşmən geri çəkildi. – ..Yarım saat çəkmədi aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş geri çəkilib evdə qapandılar. Çəmənzəminli. Geri(yə) dönmək – 1) bax. geri qayıtmaq. Gedənlər geri döndülər. [Şeyx Hadi:] Çarəsiz biz də Hindi tərk edərək; Geri döndük təəssüf eyləyərək. H.Cavid. Mirzə Cavad arvadının səsinə geri dönüb, oğlunun halətini görüb başladı söyləməyə. Ə.Haqverdiyev; 2) çevrilmək, dala baxmaq, arxaya dönmək. Əvvəl qışqırıq eşitdim, tez geri döndüm, o dəqiqə iki kölgə harasa yoxa çıxdı. H.Seyidbəyli. Geri(yə) getmək – 1) dala qayıtmaq, geri dönmək; 2) məc. arıqlamaq, zəifləmək. Uşaq günü-gündən geri gedir. – Ağabəy bir gün baxıb gördü, elə qız günü-gündən geri gedir. (Nağıl). [Sultan bəy:] Beş ildir ki, günü-gündən geri gedirəm. Ü.Hacıbəyov; // vəziyyəti getdikcə pisləşmək, ağırlaşmaq; yaxşılaşmamaq (xəstə haqqında). Xəstə geri gedir. – [Sona xanım:] Pəri, heç mənim halımı soruşma, bax, görürsən, gün-gündən geri gedirəm. Ə.Haqverdiyev. [Böyük oğlu:] 3-4 gün bu dərmanları atdı, kişi daha da geri getdi. Qantəmir; 3) bax. geri qalmaq 3-cü mənada. Elə bil düşünür Sent-Ekzüperi: – Ağıldan, əməldən geri qaldı səs; Bu qoca dünyamız hara gedir bəs? B.Vahabzadə. Geri(yə) istəmək – tələb etmək, bir şeyi təzədən əldə etməyə çalışmaq. Borcunu geri istəmək. – Zeynal ötəyə-bəriyə müraciət edib sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn. Geri(yə) salmaq – 1) bax. geriyə çəkmək 2-ci mənada; 2) məc. yubatmaq, təxirə salmaq. Lətif hələ keçən il Bakıya getməli idi. Lakin bir hadisə onu bir il geri saldı. H.Seyidbəyli. Geridən baxmaq – seyrçi kimi uzaqdan baxmaq, yaxın durmamaq, qarışmamaq, iştirak etməmək, uzaq durmaq. Geridən baxma, kömək elə. – Ustalardan dərs al hərdən; Xeyrə-şərə baxma geridən. Aşıq Şəmşir. Geriyə çəkmək – 1) arxaya çəkmək, dala vermək, kənara çəkmək. Maşın gəlir, uşağı geri çək. – Şofer onun qolundan tutub geriyə çəkdi... M.Hüseyn; 2) məc. inkişafına, tərəqqisinə, irəliləməsinə mane olmaq. Köhnə adətlər xalqı geri çəkir.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
geri
geri