durğun
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
durğun
I. sif.
1. Hərəkətsiz, sakit. Durğun hava. – Gecə olduqca sakit və durğun idi. M.S.Ordubadi. Yaz səhərinin sərin, təmiz, durğun havasında telefon elə cingildəyirdi, deyərsən, mis tiyana çaşnı tökürlər. Mir Cəlal. Balaca bir külək əsən kimi milyonlarca yarpaqlar xışıldayaraq durğun yay havasını sərinləşdirirdi. S.Şamilov. // Göz, baxış haqqında. Titrək, durğun gözlərindən; Sıcaq incilər damardı.. A.İldırım.
2. Axmayan, axarı olmayan, bir yerdə duran. Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir. A.Şaiq.
II. is. Yoğun bağırsağın sonu.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
durğun
durgun, sütliman