çoxluq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çoxluq
is.
1. Bir şeyin çox olması; bolluq, firavanlıq. Bazarda meyvənin çoxluğu. Məhsulun çoxluğu. Adamların çoxluğu. – [Dilara] evlərində heç vaxt həddindən artıq çoxluq və bəzək-düzək görməmişdi. M.İbrahimov.
2. Sayca çox olan hissə; əksəriyyət (azlıq əksi). Səs çoxluğu. – [Uğur:] Bizdə azlıq çoxluğa tabedir. İ.Əfəndiyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
çoxluq
I. əksəriyyət
{ekseriyet}
II. bolluq, firavanlıq
{bolluk, zenginlik}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
çoxluq
çoğunluk