danışdırmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
danışdırmaq
icb.
1. Danışmağa məcbur etmək. // Soruşmaq, dindirmək, sorğusual etmək. Məhkəmə sədri üçün məsələ aydın idi. Buna baxmayaraq, bir neçə şahidi də danışdırdı. S.Hüseyn. // Birisi ilə söhbət edib fikrini bilmək. Bir dəfə yataqxanada tələbələr sözü bir yerə qoydular ki, Qədiri danışdırmamış rəy söyləməsinlər. Mir Cəlal. [Baxış bəy] bəlkə də Növrəstəni danışdırmaq, bir ağzını yoxlamaq üçün gözləyirdi. Ə.Abasov.
2. məc. Dilə gətirmək, dilləndirmək, çalmaq, oxutmaq. Bir ağız da, bir nəfəs də danışdırın sarı simi; Belə bir gün ələ düşməz, dayanmayın qonaq kimi. S.Vurğun.
3. İnkar şəklində: danışdırmamaq – dindirməmək, birindən küsüb əlaqəni kəsmək.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
danışdırmaq
konuşmak