turklehceleri.org

Əhatə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

əhatə

is. [ər.] Ətrafını tutma, dövrələmə, dörd tərəfini tutma. Səlim adamların əhatəsində tərini silə-silə yeriyirdi. S.Rəhimov. • Əhatə etmək – 1) bax. əhatələmək. Şənbə günü sübhdən padşahlıq sarayını əhatə etsinlər və içəri daxil olub Yusif şahı təxtdən yerə salıb həlak etsinlər. M.F.Axundzadə. Düşmənlər hər tərəfdən şəhəri əhatə etmişdi, şəhər darvazaları tamamən bağlanıb, dallarına qalın torpaq çəkilmişdi. Çəmənzəminli. Ətrafı düşmən əhatə edibdir. M.S.Ordubadi; 2) məc. qavramaq. Bütün məsələləri əhatə etmək mümkün olmadı. – Görünür, mənim ərz etdiklərimi lazımınca əhatə edə bilməmişsiniz. M.S.Ordubadi. Mirzə Fətəlinin komediyaları böyük ictimai məsələləri əhatə edən, komik planda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi. M.İbrahimov. Əhatə olunmaq – bax. əhatələnmək. Bizim [Xəzər] dənizinin suyu acı da olsa, hər bir tərəfdən quru ilə əhatə olunduğu üçün göl hesab olunur. H.Zərdabi. Bəsti gənclərlə əhatə olunmuş halda qapıdan içəriyə girdi.. Ə.Sadıq. [Ağbulaq kəndi] sıldırımlı dağların geniş ətəyində yerləşərək hər tərəfdən meşə ilə əhatə olunmuşdur. S.Rəhimov. Əhatəyə almaq – bax. əhatə etmək. Faytonu əhatəyə aldılar. İki milis qabaqda, iki milis arxada, ikisi də yanda dərəyə endilər. İ.Şıxlı.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

əhatə

dövrə, yan-yörə
{etraf, yan}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

əhatə

kapsam


Axir izdelgen sözler: