turklehceleri.org

danmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

danmaq

f.
1. İnkar etmək, boynuna almamaq, boynundan atmaq. Bildiyini danmaq. Öz sözünü danmaq. – [Şərəfnisə xanım:] Yaxşısı budur ki, danaram, deyərəm ki, heç vaxt ağlamırdım. M.F.Axundzadə. Zeynal başını aşağı sallamışdı. İlk istintaqda söylədiyi bir sözü dana bilməyəcəkdi. S.Hüseyn. [Mürşüd:] Ay İnci, guya mən evli olduğumu danıram? S.Rəhman. // Bir şeyin mövcud olduğunu qəbul etməmək, rədd etmək, inkar etmək. [Qədir:] Mən yekəlikdə adamın diriliyini danırlar. Mir Cəlal.
2. Gizləmək. [Nəbi:] Həcər, nə olub ki, yeriyə bilmirsən? Həcər yaralandığını ondan danıb cavab verdi.. “Qaçaq Nəbi”. Uzaqlarda, bəlkə dağlar dalında; Nişanlın var, onu məndən danırsan? Ə.Cəmil. Sevirəm, nə danım, sevirəm. O.Sarıvəlli.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

danmaq

gizləmək
{gizlemek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

danmaq

yadsımak


Axir izdelgen sözler: