turklehceleri.org

da.

Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)

da

de 1. терк. да, дә; akimi başına topla da çalış акылыңны башыңа җый да эшлә, тырыш; sözümü tutacağını söyledi de tutmadı сүземне тыңлармын диде дә тыңламады. 2. кис. да, дә; toplantıda o da konuştu җыелышта ул да сөйләде

ercilasun1991

da

Türkiye Türkçesi: da
Azerbaycan Türkçesi: da dä
Başkurt Türkçesi: da (ta-tä za-zä) dä
Kazak Türkçesi: da de
Kırgız Türkçesi: da dağı
Özbek Türkçesi: häm
Tatar Türkçesi: da (ta-tä) dä
Türkmen Türkçesi: -da -de
Uygur Türkçesi: da dä
Rusça: i toje takje (çast)

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

da

I. (DƏ)
1. Danışan şəxsin məsələyə münasibətini, hiss və həyəcanını bildirməyə xidmət edən və çox vaxt yerindən və məna çalarından asılı olub müəyyən intonasiya ilə deyilərək aşağıdakı vəzifələrdə işlədilən ədat. 1) Əmr bildirən fellərdən sonra gələrək təkid, israr, bəzən də əmr bildirir. Gəl də! Tez ol da! Yaz da! Gətir də! – [Qasım kişi:] ..İndi mən bu mətləbləri başa düşmürəm. Sən ki oxumusan, gəl cavab ver də! C.Məmmədquluzadə. [Hacı Əhməd:] Atam, qoyun kişi sözünü desin də, arvad oldu, nə oldu, söz danışır axı. C.Cabbarlı. [Hüseynqulu Yunisə:] Gəl çıx da, demirsən bəs işimiz var, planımız var? Mir Cəlal; 2) saylardan sonra topluluq, ümumiləşdirmə mənasında işlənir. İkisi də bir-birindən gözəldir. – Mən çöndüm Dilbərə tərəf. Mənim Dilbərim bu dörd nəfər xanımların dördündən də gözəl idi. C.Məmmədquluzadə. // Təkrar olunan sözün ikincisinə qoşularaq fərqləndirmə, ayırma məqamında işlənir. Gah çəkic vurdu əlim, gah da qələm tutdu əlim; Coşdu könlümdə müqəddəs əməlim. S.Rüstəm. Zeynalov gah sol, gah da sağ əlinin barmaqlarına baxa-baxa danışığını nə cür başlayacağı haqqında düşünürdü. Ə.Vəliyev; 3) özündən əvvəl gələn sözün mənasını gücləndirir, nəzərə çarpdırır və ayırır. Sənin də bu işlərə həvəsin var! Bizim də fikrimizə qulaq as. Başqaları ilə də hesablaşmaq lazımdır. – Nədənsə geri qayıtmaq da istəməyirdim. S.Hüseyn. [Mirzə Səməndər:] A kişi, sən də çox qozqurtma ha! C.Cabbarlı. Yazmağına sözüm yox, amma bir bizə də yazsın da! Mir Cəlal. // Özündən əvvəl gələn sözə müxtəlif ekspressiv-emosional rənglər verir. Nə qədər də gözəldir! Necə də oxuyur! Belə də xoş səs olar? // Qoşatərkibli ədatlar əmələ gətirir. [İbrahim xan:] Yenə də şikayət? Gəl inan ki, sən; Nə qədər mən sağam, kef görəcəksən. S.Vurğun. [Gültəkin:] Fəqət qoyun, son dəfə olaraq bütün xoşbəxt günlərimi keçirdiyim bu qaranlıq məhzun evciyəzi bir də doyunca görüm. C.Cabbarlı. Cahangir cavab vermədi, o qəsdən bir az da qaşqabağını sallayaraq dayandı. S.Rəhman; 4) intonasiyadan asılı olaraq, danışanın bir şeyə müsbət və ya mənfi münasibətini bildirir. Elə, arvad yalan demir ki, doğru deyir də! C.Məmmədquluzadə. [Tərlan xanım:] Yaxşıdır ki, qapımızın artıq tikəsi ilə böyüyüb, bəslənib. Burnundan gəlsin o... Belədir də! Mir Cəlal. [Yusif:] Elə adamı da yandıran budur da. Ə.Vəliyev; 5) narazılıq, məmnuniyyətsizlik bildirir. Qoymursunuz bir yerdə oturaq da. – [Hacı Mehdi:] A kişi, dəli əlinə düşmüşəm də! Ə.Haqverdiyev. [Əlisa:] Canım, ölmədik, altmışı da adladıq, arvadların əlinə düşdük də! S.Rəhimov. [Kərəmov Zinyətə:] Hə, məni hədələyirsən? Qoymurlar da, qoymurlar ki, sakit oturub iş görək. S.Rəhman. // İntonasiyadan asılı olaraq, bəzən kinayə, yaxud könülsüz razılıq məqamında işlənir. [Hacı Əhməd:] Neynək, kəndimiz tərəqqi eləsin də. C.Cabbarlı. Biz nə deyirik ki, gəlsin də... S.Rəhman. [Gəldiyev Rübabəyə:] Demək, özünü məndən ağıllı bilirsən də! Mir Cəlal. // Razılıq, məmnunluq məqamında. [Mirzə Qoşunəli:] Ha, belə ha!.. Allah oğlunu saxlasın, əvvəldən de də! Ə.Haqverdiyev. // Arzu bildirir. O günlər getsin də, gəlməsin. Yaxşı olsun da, xərcin zərəri yoxdur; 6) təəssüf, peşmanlıq, ya etiraf məqamında işlənir. Bir işdi oldu da... M.Hüseyn; 7) bir işi, hadisəni təsdiq məqamında işlənir. [Qoca kişi:] Başına dolanım, ay həkim, bu uşağın heç azarı-bezarı yoxdu, dəli-zad da deyil ha. C.Məmmədquluzadə. Bu xalq da sənin kimi vətəndaşdır da! C.Cabbarlı. Ay Merac, sənin qaydandır da.. Ə.Vəliyev. [Gülər:] Mən bayaqdan onu deyirəm də.. S.Rəhman; 8) qoşulduğu sözə istehza, kinayə, saymazlıq, laqeydlik çaları verir. Boş şeydir də. Səsdir də. Adamdı da! – Deyəsən, canavar əli görsədiblər, qorxur da. Mir Cəlal; 9) yəqinlik, yaxud haqqında söhbət gedən şeyin mütləq olacağını, baş verməli olduğunu bildirir. Söz verib, gələcək də. Mühəndisliyə həvəsi çoxdur, olacaq da. Bilsəydi, deyərdi də. – Seçicilər [Barxudardan] adına layiq iş tələb etməyə, hünər gözləməyə haqlıdırlar və bunu edəcəklər də. Mir Cəlal. [Musa:] Söz vermişəm də, gələcəyəm də... Mən camaatdan uzaqlaşmıram. S.Rəhman; 10) bəzən haqqında söhbət gedən məsələyə qarşı danışanın şübhə, ya inamsızlıq hissini ifadə edir. Deyirsən də... Görərik də... – Axı, yəni deyirsən, cəmi-məxluqat öz başına yaranıb da? C.Məmmədquluzadə; 11) “doğrudan”, “həqiqətən” sözlərindən sonra gələrək, onların mənasını gücləndirir, dəqiqləşdirir. [Gülüş:] Ax, Sevil, sən doğrudan da yazıqsan, hər şeyə Balaşın yoxsulluq gözü ilə baxırsan. C.Cabbarlı. ..Rübabənin gözü özündə idi, çünki Rübabə bu məktəbə görməyə, görünməyə, axtarmağa yox, doğrudan da oxumağa gəlmişdi. Mir Cəlal. Doğrudan da vaxt yoxdur. S.Rəhman; 12) dan. bəzən “ki” bağlayıcısından əvvəl gəlib, haqqında söhbət gedən şeyin, hadisənin, halın davamlılığını, bütün tədbir və çalışmalara baxmayaraq, bir şeyin baş tutmadığını, əmələ gəlmədiyini bildirir. İstilər düşmür də ki, düşmür. İstəmir də ki, istəmir. – [Xanım:] Ay Gülöyşə, yazıq Böyükkişi lap hər şeydən cinlənir, nə olsun, bilmirəm, sağalmır da ki, sağalmır. S.Rəhimov; 13) “əlbəttə” mənasında (görülən, yaxud görüləcək bir işə haqq qazandırır). Belə eləsən, gəlməz də. Çağırsaydın, gələrdi də. – Çubuq dolduran birisi.. [qatırçının] sualına cavab verdi: – Necə olacaq, necə hanı? Top atan elə olar da. Mir Cəlal; 14) “heç” mənasında (feillərdən sonra gələrək onların mənasını daha da nəzərə çarpdırır). Ancaq Rübabə bilsəydi, [Ağca xanım] Gəldiyevin arvadıdır və uşaq onun oğulluğudur, heç dalınca düşməz, bir kəlmə danışmazdı da. Mir Cəlal. [Qürbət:] Yusif! Sənin bu pərdəli sözünə yoxam da! Ə.Vəliyev. [Kərəmov:] ..Sən öl, bu cavanlara söz başa salmaq olmur da... S.Rəhman; 15) məgər, heç (sual məqamında işlənilir). Bu qədər də yağıntı olar? – Dəftərxanaçı soruşdu: – Niyə duruxdun? – Ac da qarovul olarmı? Mir Cəlal; 16) “üstəlik”, “hələ bir”, “dəxi”, “bir də” mənasında işlənir. Günahkar özü olduğu halda, danışır da. Danışmağa dili də var. – Bu cür axmaq .. yaltaqdan şadlanır və yalançıya ənam da verir. M.F.Axundzadə. [Hacı Baxşəli:] Ədə, hələ utanmırsan da danışırsan? C.Məmmədquluzadə. [Zalxa Zinyətə:] Buna bax ha, hələ forsuna da dəyir. S.Rəhman.
2. Həmcins üzvlü cümlələrdə həmcins üzvləri, mürəkkəb tabeli cümlələrdə isə baş cümlə ilə budaq cümlələri bir-birinə bağlayan və aşağıdakı mənaları ifadə edən bağlayıcı. 1) “dəxi”, “həmçinin”, “o cümlədən” mənasında. O da bizimlə getmişdi. Oğlunu da özü ilə bərabər apardı. Onu mən də çox axtardım. Onun da adı siyahıda var. Mən də getməyə hazıram. O da bu fikirdədir. – Bir ay bundan qabaq övrətimi və uşaqlarımı da götürüb Ağdaşdan Bakıya köçürmüşəm. C.Məmmədquluzadə. Atabala da o dövrün bir nümayəndəsi idi. A.Şaiq. Burada ucuz qiymətə şərab da tapmaq olurdu. Ə.Əbülhəsən. // “Habelə”, “dəxi” mənasında. Bizim küçədə də toy-bayram olar. (Məsəl). ..Nəcəf Yəhya oğlunun da məktubu zarafatnan yazılıb.. C.Məmmədquluzadə. [Zeynal] vaxtı ilə əmanət kassasında birikdirdiyi və topladığı yeddi-səkkiz yüz manatı da xərcləmişdi. S.Hüseyn. [Səlim:] Mən səni bir doğru qız zənn edərdim, səndə aldatmaq da varmış?! H.Cavid; 2) həmcins üzvləri birbirinə bağlayır. O da, yoldaşı da gəlməlidir. Mənim də, sənin də, onun da iştirakı vacibdir. Qızlar da, oğlanlar da bədən tərbiyəsi ilə məşğul olmalıdır! – [Sənəm:] Ah! Qoca olandan sonra heç nə! Ağrım onun özünə də, dövlətinə də! Ü.Hacıbəyov. Zoya bunları [söyüşləri] danışmaqdan, Gəldiyev də eşitməkdən ləzzət alır. Od da öz işindədir, şiş də. Mir Cəlal. [Həbib bəy:] ..Yaxşı oxu, adam ol, bizim də üzümüz ağ olsun, ananın da. S.Rəhman; 3) şərt şəklində olan sözü başqa bir sözlə bağladığı vaxt ikincisinin birinciyə qarşı olduğunu bildirir. Əlləşsə də, faydası yoxdur. Çox yüyürdüsə də, çata bilmədi. O bilməsə də, sən bilməlisən. – Cümlə cahan yatsa da, biz yatmarıq.. M.Ə.Sabir. Qızılı udsa da qara torpaqlar; Yenə qiymətini özündə saxlar. S.Vurğun. Əhməd operasiya edilmişdisə də, gülləni çiynindən çıxara bilməmişdilər. Ə.Vəliyev. Qədirin bu hərəkətini hamı bilsə və pisləsə də, o əl çəkmirdi. Mir Cəlal. // Bəzən həmin formada olan sözə güzəşt mənası verir. Görsəm də, tanımaram. Ölsəm də, məqsədimə çatmalıyam; 4) bəzi feli bağlamalardan sonra gələrək, “və” bağlayıcısı, bəzən isə təkid mənasında işlənir. Ona tez dəyib də qayıt. Alıb da evə dön. Gəlib də getdi. O məni görüb də görməməzliyə vurdu. Çıxıb da get. – Yanan qəlbinə sanki su saçdılar; O yerdən alıb da məni qaçdılar. M.Ə.Sabir. Məni bir baxışda eşq oduna saldı da getdi. C.Cabbarlı; 5) o biri tərəfdən, bundan əlavə, hələ (əvvəlki cümlədə təsvir olunan hadisəyə və s.-yə başqa bir hadisənin və s.nin əlavə olunduğunu bildirir). ..Bacım Fatma da hamilə idi və doğmağına bir neçə gün qalanda əri İsmayıl bəy də gəldi İrəvana. C.Məmmədquluzadə. Əhməd bəy bundan da diltəng olub, həmişəlik xanənişin olub, altıyeddi sənə evindən çıxmadı. Ə.Haqverdiyev. [Zərifə:] Girdim imtahana... Qəşəng də geyinmişdim.. S.Rəhman. // Cavabən, cavab olaraq, öz növbəsində, öz tərəfindən (fikri əvvəlki cümlədə söylənilənlərə bağlamaq üçün işlənir). Mən də dönüb belə dedim. Onlar da yavaş-yavaş dinməyə başladılar. – Qurbanəli bəy də yerindən qalxıb, stəkanını götürüb vurdu xanımın stəkanına. C.Məmmədquluzadə; 6) “hətta”, “belə” mənasında. İclasa qocalar və yaşlı qadınlar da gəlmişdi. Elə sözlər danışırsan ki, bişmiş toyuğun da gülməyi gəlir. Kölgədə oturmuşduq, amma burada da nəfəs almaq mümkün deyildi. – [Novruzəli:] Heç nəçərnik də bu kağızı mənim əlimdən ala bilməz. C.Məmmədquluzadə. Hacı Kamyab kimi kişinin atasına da od vurmaq olar?! Ə.Haqverdiyev. Adamın pisini-yaxşısını bir həftədə yox, lap bir saatda da tanımaq olar. M.İbrahimov; 7) “heç olmasa”, “barı” mənasında. Bunca oxudun, yorul da bari; Bir dəfə burax bu zəhrimari. M.Ə.Sabir; 8) “həm” mənasında. Qələm də aldım, dəftər də. O da, bu da. Mən də, yoldaşlarım da eyni fikirdəyik. – [Əzrayıl bəy:] Qılıncımın dalı da kəsirdi, qabağı da. Ə.Haqverdiyev. Bu yay Rübabə də, Vahid də diplomlarını almışdılar. Mir Cəlal. Hava da, torpaq da, gül də, bahar da; Soyuq da, şaxta da, boran da, qar da; Tapır mənasını insanla ancaq. M.Dilbazi.

II. “Daha” sözünün canlı dildə işlənən ixtisar forması olub “a” uzadılaraq deyilir. Da sənə nə deyim. – Padşah Əhmədi-Çekkaşdan xəbər aldı: – Da nəyin qaldı? Əhmədi-Çekkaş dedi: – Da sağlığın! (Nağıl).

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

da

da, de

In'gilische—Türkche Lughet (FreeDict, 2017)

da /kˈʌbəd/

1. (kıs.) daughter, day deciare.

Özbekche—In'gilische Lughet (Dirks, 2005)

-da

conj. particle (emphatic particle) well, but, right; and, and then; even if, even though. to'g'ri-~! Well, that's right! That's sure right! xatni bukladi-~, kitobning ichiga soldi He folded the letter and (right away) slipped it inside the book.-de coll.s. -da.

Qirghizche – Türkiye Türkchisi Lughiti (Yudahin)

da

de da (dahi); keza; sa dahi; gerçi; meni da, seni da: beni de seni de; sen da barasıñ: sen de varacaksın; eç kim suragan da cok: kimse sormdı bile; söz da bolboğon: lakırtısı bile geçmedi; bir da birin bilbeysiñ: sen onlardan hiçbirini bilmiyorsun; bu hususta senin haberin yoktur; ar bir adım attağan sayın uşul körünüş elestedi da turdu: her adımda şu levha göz önüne geldi de durdu; kim da bolso: kim olursa olsun; kaçan da bolso: ne zaman olursa – olsun; her vakit; beker berse da albaym: bedava verse dahi almıyacağım; bir da bk. bir,: bilgeniñ uşul eken da! : bütün bildiğim şu imiş, ha!; ceyeri ele et da: yersen et yemeli; ança da caman emes: o kadar da fena değil.

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

-da

da (bulunma eki). Tamda – Damda, duvarda.

Yaqutche—In'gilische Lughet (Straughn, 2006)

da

adv. also, too, even, indeed; dada conj. and, both…and

Qarachay-Malqarche – Türkiye Türkchisi Lughiti (Nevruz, 1991)

da

1. de, dahi. Arı ~ beri ~: öteye de beriye de, barından ~: hepsinden de, keçe ~ kün ~ işleydi: gece de gündüz de çalışıyor. 2. ya!, peki, evet. Men saña aytdım ~!: ben sana söyledim ya!, ~ ne eteyim?: peki ne yapayım?, ~, alay ese: peki öyleyse, ~, ayt!: evet söyle!, ~ sen aythan bolsun: evet senin dediğin olsun. 3. değil mi?. Tanbıla kelirse ~?: yarın gelirsin değil mi?. 4. bile. Ol bir söz ~ aytmadı: o bir söz bile söylemedi, ne suvuk ~ bolsun: ne kadar soğuk bile olsa, Miñi Tavnu karları caz ~ erimeydi: Elbruz’un karları yazın bile erimiyor. 5. acaba?. Artha kalıb keterbiz ~?: sona kalıverirmiyiz acaba?, kelib kalır ~?: geliverir mi acaba?, ol kelgenmidi ~?: o geldi mi acaba?.


Axir izdelgen sözler: