turklehceleri.org

ciddi

Türkiye Türkchisi – Tiniq Türkche Lughiti (Kuleli, 2013)

ciddi

[Köken: Arapça] (Kişilik): Ağras, Ağırbaşlı, Saldamlı (Durum): Kın, Ağır

Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)

ciddi

с. җитди

ercilasun1991

ciddi

Türkiye Türkçesi: ciddi
Azerbaycan Türkçesi: ciddi
Başkurt Türkçesi: yitdi töplö
Kazak Türkçesi: saliykalı salmaktı
Kırgız Türkçesi: salabattū salmaktū ōr-basırık
Özbek Türkçesi: ciddiy
Tatar Türkçesi: citdi töpli
Türkmen Türkçesi: salīkatlı ağras
Uygur Türkçesi: ciddiy
Rusça: ser'yoznıy

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ciddi

sif. və zərf
1. Öz hərəkətlərində, fikirlərində, həyata münasibətində müsbətliyi, möhkəmliyi, sabitliyi ilə fərqlənən, dərin düşünən; ağırbaşlı, təmkinli. Ciddi adam. Ciddi oğlan. – Tanıyanlar bilir, yeddi yaşında; Ciddi bir qız idin, əqli başında! Ə.Cavad. Hələ gənc ikən çətin imtahanlardan keçmiş adamlar istər-istəməz ciddi və düşüncəli olurlar. İ.Qasımov. // Öz işinə dərin və tələbkar yanaşan, öz işini, məsuliyyətini yaxşı bilən. Ciddi alim. Ciddi yazıçı. // Mənaca, məzmunca əhəmiyyətli, məzmunlu. Ciddi danışıq. Ciddi əsər. Ciddi ədəbiyyat. – Muxtar heç təsəvvür etməzdi ki, açdığı söhbət bu qədər ciddi bir şəklə düşə bilər. S.Hüseyn. Tahirin bu cür düşüncəli və ciddi danışmağı Lətifəni sevindirirdi. M.Hüseyn. // Zarafatsız, zarafat olmayan. Ciddi deyirəm. Sözüm ciddidir. // Həqiqi, əsil, gerçək. Ciddi hiss. Ciddi inam. Ciddi sevgi. Ciddi vədə. // Əsaslı, əməlli-başlı. Dərs keyfiyyəti uğrunda ciddi mübarizə aparılırdı. S.Rəhimov. Bəzən təsadüfən başlanan söhbət bir kitabın və ya bir məsələnin ciddi müzakirəsinə çevrilirdi. Ə.Sadıq.
2. Əhəmiyyətinə və ya aqibətinə görə xüsusi diqqət tələb edən. Ciddi xəstəlik. Ciddi vəziyyət qarşısında qalmaq. – O, ciddi bir fəlakətin başlandığını duydu. S.Rəhimov. Arvadının belə sadəliyi və ciddi məsələyə yüngül baxması Yavərə toxundu.. M.İbrahimov. Düşündürdü məni xeyli; Onun belə ciddi halı. N.Rəfibəyli. // Böyük, əsaslı. Ciddi çətinliklər qarşısında qalmaq. – Beləliklə, qəzet yarandığı gündən ciddi nəzarət altında idi. M.İbrahimov.
3. Fikirli, fikrə dalmış, dalğın, əndişəli, iztirablı. // Ciddiyyət, qayğı, təlaş, iztirab, əndişə ifadə edən. Ciddi görkəm. Ciddi tonla danışmaq. – Ruhnəvaz xanım ciddi baxışına heç də təğyir verməyərək Qurbanlının qarşısında oturdu. Çəmənzəminli. Mahirə .. feldşerə qələbə çaldığını kəsdirdi, ciddi bir hal aldı. M.Hüseyn.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

ciddi

I. ağır, təmkinli, zabitəli
{ağır, vakarlı, kurallı}

II. sərt, kəskin, bərk
{sert, keskin, sağlam}

III. möhkəm, tələbkar
{sağlam, istekli}

IV. dürüst, düzgün, dəqiq
{doğru, dürüst, net}

V. doğrudan, həqiqətən, zarafatsız
{doğrudan, gerçekten, dolaysız}

VI. sə’yli, qeyrətli
{çalışkan, gayretli}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

ciddi

ağır başlı, ciddi, sıkı, titiz, vakur


Axir izdelgen sözler: