turklehceleri.org

bəyaz

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bəyaz

[ər.]
1. sif. Ağ (rəng). Bəyaz gərdəninə siyah tel düzər; Sanasan sonamdır mənim sevdiyim. M.P.Vaqif. Gülüşür pənbə, al bəyaz güllər; Ötüşür hər tərəfdə bülbüllər. H.Cavid. [Kərim kişinin] boynu, boğazının altı və bütün siması bəyaz tüklərlə örtülmüşdü. M.İbrahimov. • Bəyaz gecə(lər) – bax ağ gecə(lər) (“ağ”da). Burda Çaykovski öz zəkasını; Verib sənətinə bəyaz gecələr; Yazdı romansını, simfoniyasını. M.Rahim. Biz artıq bəyaz gecələr davam edən şimal məntəqəsinə daxil olduq. Ə.Məmmədxanlı.
2. Bax bayaz 2-ci mənada. Savadlı gənclərin bəyazı olardı, bu bəyazlara ana dilindəki şeirlərin nəfis parçaları köçürülər, əzbərlənərdi. Çəmənzəminli.


Axir izdelgen sözler: