vəlvələ
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
vəlvələ
is. Səs-küy, gurultu-patırtı, həyəcan, çaxnaşma, qarmaqarışıqlıq. O gecəki vəlvələdən ancaq bunu görə bildim. A.Şaiq. • Vəlvələ düşmək – qarmaqarışıqlıq düşmək, çaxnaşma düşmək, həyəcan (gurultu-patırtı) düşmək. Vəlvələ salmaq – qorxu salmaq, çaxnaşma salmaq, həyəcan salmaq. Həqiqət bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. C.Məmmədquluzadə. [Əmrulla Gülsabaha:] Qüdrətgilin evinə o yandan vəlvələ salmışsan.. C.Cabbarlı. Canına (cisminə və s.) vəlvələ düşmək – qorxuya düşmək, təşvişə düşmək, qorxudan əsmək. Oğlan, sən uşaqsan, cavansan hələ; Yenicə cisminə düşüb vəlvələ. M.V.Vidadi. Növbətçinin “Qalx!” səsi tövlədəkilərin içinə vəlvələ saldı. Mir Cəlal. Canına vəlvələ salmaq – çox qorxuya salmaq, lərzəyə salmaq. [Hacı Qara:] Onların qılınc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır. M.F.Axundzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
vəlvələ
səs-küy, həyəcan, çaxnaşma, qarmaqarışıqlıq
{gürültü, heyecan, coşma, karmakarışıklık}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
vəlvələ
velvele