turklehceleri.org

bəqa

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bəqa

is. [ər.] klas. Baqilik, əbədilik, həmişəlik, ölməzlik. Seyyid, elə bildim ki, bəqa suyunu içdim; Ol lalərüxün qətlimə fərmanını görcək. S.Ə.Şirvani. Füzulinin əşar və kəlamının bəqasına ikinci səbəb onların elm və təcrübə üzü ilə təbi-səlimdən doğub vüquə gəlmələridir. F.Köçərli. BƏQƏDRİ... [ər.] köhn. Aşağıdakı tərkiblərdə işlənir: bəqədri-qüvvə – qüvvə çatdıqca, güc çatdıqca, imkan daxilində. [Biz] hər bir şairin məsləkini, üslubi-kəlamını və öz əsr və zəmanasının təqazasınca nə növi əsərlər vücuda gətirdiyini .. bəqədri-qüvvə açıb göstərmişik. F.Köçərli. [Tahirzadə:] Suallarınıza bəqədri-qüvvə cavab verməyə hazıram. Mir Cəlal; bəqədri-imkan – imkan daxilində; bəqədri-lüzum – lazım olduqca, lazım gəldikcə, ehtiyac olduqca, lazımi surətdə. [Ağa Mərdan:] İndi durum gedim, məhkəmədə olan haşiyənişinləri püxtə və amadə edim ki, sabah mürafiə vaxtında bəqədrilüzum quyruq bulasınlar. M.F.Axundzadə; bəqədri-məqdur – imkan daxilində, vəziyyətdən asılı olaraq. Qalan artistlər hamısı bəqədri-məqdur rollarını keçirtdilər. Ə.Haqverdiyev.


Axir izdelgen sözler: