mütəfəkkir
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mütəfəkkir
[ər.]
1. is. Dərin fəlsəfi fikir sahibi olan adam. Qədim yunan mütəfəkkirləri. Böyük mütəfəkkir və şair Nizami.
2. sif. və zərf klas. Fikirli, fikirli-fikirli, fikirxəyal içində olan, dalğın. Əvvəl hakimi-şər mütəfəkkir ayağa durub gedir. M.F.Axundzadə. Cavad çıxır, Nəcəf bəy xeyli vaxt mütəfəkkir gəzinir. Ə.Haqverdiyev. [Mənsur] mütəfəkkir evə girib dalınca qapını örtdü. C.Cabbarlı.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
mütəfəkkir
düşünür, mütefekkir